Alternative content

02:27 21 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:50 21.06.2019 Xanım maestro
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsveçdə əl işlərindən ibarət “Azərbaycan mədəniyyəti” adlı sərgi təşkil edilib
İsveçdə əl işlərindən ibarət “Azərbaycan mədəniyyəti” adlı sərgi təşkil edilib
ANA SƏHİFƏ / Mədəniyyət
01:10 11.06.2019


Azərbaycanlı rəssam, milli geyim və dekorativ tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Kəmalə Kərimova-Janssonun İsveçdə "Azərbaycan mədəniyyəti” adlı sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçin milli gün bayramına təsadüf edən sərgi krallığın Onge əyalətinin kitabxanasında reallaşıb.

Azərbaycan və İsveçin Dövlət himnlərinin səslənməsi ilə başlayan sərgidə rəssam milli geyimlərimizdən Bakı, Qarabağ, Şamaxı, Şəki, qədim parçalarımız, güləbətin tikmə ilə Basqala aid olan başmaq, müxtəlif növ tikmə üsulu ilə hazırlanan əşya qabları və "Azərbaycan inciləri” adlı pannolar nümayiş etdirib. Kəmalə Kərimova-Jansson əl işləri ilə yanaşı, Azərbaycanın dahi şəxsiyyətləri və xalq sənətkarlığı haqqında da foto və izahlı məlumatlar nümayiş etdirib. Füzuli, Nizami, Nəsimi, Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə, Lətif Kərimov, Səttar Bəhlulzadə və digər şəxsiyyətlər barədə fotolar, həmçinin Qobustan əlyazmaları, milli muğam, Azərbaycan mətbəxinin inciləri təqdim edilib. Tədbirdə Qara Qarayev, Fikrət Əmirov, Müslüm Maqomayevin, Bülbül, Rəşid Behbudov, Soltan Hacıbəyli, Əhsən Dadaşov kimi musiqiçi və kompozitorlarımızın həzin musiqi və ifaları səsləndirilib.

Sərginin İsveçin milli gününə təsadüf etdiyini nəzərə alaraq Kəmalə Kərimova-Jansson öz tikdiyi İsveçin milli libasından istifadə edib və burada Nobel qardaşlarının Bakıda neft sahəsində fəaliyyətlərinin tarixi haqqında məlumatları diqqətə çatdırıb.

Tədbirdə iştirak edən yerli ictimaiyyət nümayəndələri və qonaqlar Azərbaycan mədəniyyətinin zərif və zəngin olduğunu heyranlıqla qeyd ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM