Alternative content

07:29 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Mərkəzinin parkında Reza Deqatinin “Odun ruhu. Vizual səyahətə dəvət” sərgisi açılıb
Heydər Əliyev Mərkəzinin parkında Reza Deqatinin “Odun ruhu. Vizual səyahətə dəvət” sərgisi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
23:40 10.06.2019

İyunun 10-da Heydər Əliyev Mərkəzinin parkında tanınmış fotoqraf Reza Deqatinin "Odun ruhu. Vizual səyahətə dəvət” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək budəfəki sərgidə tanınmış fotoqrafın Azərbaycanın tarixinin, mədəniyyətinin müxtəlif dövrlərini əks etdirən fotolarından istifadə olunduğunu bildirib. O, Heydər Əliyev Fondunun layihələrində yaxından iştirakına görə müəllifə təşəkkürünü ifadə edərək deyib: "Reza Deqati hər zaman dünyanın qaynar nöqtələrində olub. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində, eləcə də Fransada keçirilən sərgilərdə nümayiş edilib. Onun fotoları vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilmişik. Bu fotolar vasitəsilə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Qarabağ həqiqətləri, Xocalı faciəsi dünya ictimaiyyətinin diqqətinə çatdırılır”.

Xoş sözlərə görə təşəkkürünü bildirən fotoqraf hələ 42 il bundan əvvəl Azərbaycanda olduğunu diqqətə çatdırıb. Ötən müddətdə dünyanın müxtəlif ölkələrini gəzdiyini deyən Reza Deqati Azərbaycandakı gördüyü inkişafdan riqqətə gəldiyini söyləyib. "Azərbaycan böyük mədəniyyətə malik ölkədir. Onun ən böyük zənginliyi insanlarıdır. Fondun dəstəyi ilə Azərbaycanı gəzmişəm və bu diyarın gözəlliklərini, zənginliyini, mədəniyyətini fotolarda əks etdirməyə çalışmışam. Bu dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm", - deyə Reza Deqati qeyd edib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Məşhur fotojurnalist Reza Deqati 40 ildən çoxdur ki, dünyanı gəzib dolaşır. Parisdə yaşayan və 30 kitabın müəllifi olan R.Deqatinin əsərləri bütün dünyada sərgilənir. "National Geographic” Cəmiyyətinin tədqiqatçısı olan Reza Deqati bir sıra beynəlxalq mükafatlar qazanıb. O, Missuri Universitetinin "Şərəf” medalına və Parisin Amerika Universitetinin fəxri doktoru adına layiq görülüb. Fransa hökuməti onu göstərdiyi xidmətlərə görə Milli Cəngavərlik Ordeni ilə təltif edib.

Reza Deqatinin əsərləri, eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə təqdim edilib. Fondun təşkilatçılığı ilə 2013-cü ildə Parisdə - UNESCO-nun mənzil-qərargahında Reza Deqatinin "Azərbaycan – tolerantlıq məkanı” adlı sərgisi açılıb. Həmin sərgi daha sonra Moskvada, eləcə də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Brüsseldə - Avropa Parlamentində nümayiş olunub. 2014-cü ildə isə Parisdə Reza Deqatinin "Azərbaycan – alovun zərifliyi” sərgisi keçirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM