10 Iyun 2019 21:44
1061
Məktublar
A- A+

Misir-Azərbaycan Parlamentlərarası Dostluq Cəmiyyətinin sədri, Misir Parlamentinin Dini məsələlər və Vəqflər komitəsinin sədri, İslam Universitetləri Birliyinin Baş katibi Usamə Əl-Əbddən


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
1918-ci il mayın 28-də müsəlman şərqində ilk demokratik respublika – qardaş Azərbaycan Xalq Cümhuriyyətinin yaranması münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Misir-Azərbaycan Parlamentlərarası Dostluq Cəmiyyətinin üzvləri adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin səviyyəsini yüksək dəyərləndirirəm. Bu əlaqələrin tarixi kökləri qədim olsa da, hər iki qardaş dövlətin müdrik rəhbərlərinin səyləri sayəsində daha da yaxınlaşıb və inkişaf edib.
Uca Allaha dua edirəm ki, xalqlarımıza əmin-amanlıq və sülh, inkişaf və rifah bəxş etsin, Zati-alinizi öz amanında və hifzində saxlasın.

Dərin hörmətlə,


Usamə Əl-Əbd
Misir-Azərbaycan Parlamentlərarası Dostluq Cəmiyyətinin sədri,
Misir Parlamentinin Dini məsələlər və Vəqflər komitəsinin sədri,
İslam Universitetləri Birliyinin Baş katibi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video