Alternative content

01:49 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniyada müsəlmanlara qarşı təxribatlar səngimir
Almaniyada müsəlmanlara qarşı təxribatlar səngimir
ANA SƏHİFƏ / DÜNYA
17:49 10.06.2019


Almaniyada islamofobiya zəminində cinayətlər səngimir. Kassel şəhərində naməlum şəxslər mərkəzi məscidin binasını daşa basmış, Bremendə isə "Rəhman” məscidində saxlanılan Quranın 50-yə yaxın nüsxəsi məhv edilmişdir.

Kassel mərkəzi məscidinin yanında dini icmanın başçısı Seyfəddin Erörük bildirmişdir ki, hücum zamanı binada dindarlar olmamışdır. Məscidin pəncərələri sındırılmışdır. Erörük vandalların hərəkətlərini qətiyyətlə pisləmiş və polisi cinayətkarları tapmağa çağırmışdır.

Kassel şəhər prokurorluğu faktla əlaqədar cinayət işi qaldırmışdır.

Qeyd olunur ki, bu, əsasən türklərin ziyarət etdikləri Kasseldəki məscidə ilk hücum deyil. Əvvəllər PKK terrorçularının əlaltıları dəfələrlə məscidin yaxınlığında təxribat törətmişlər. Lakin onların heç biri məsuliyyətə cəlb edilməmişdir.

Başqa bir təxribat əsasən əfqanların və pakistanlıların ziyarət etdikləri Bremendəki "Rəhman” məscidində törədilmişdir. Naməlum şəxslər məscidin binasına daxil olaraq Quranın 50-yə yaxın nüsxəsini təhqir etmişlər.

"Xristian-Demokrat İttifaqı” partiyasından Bremen regional parlamentinin deputatı Oğuzxan Yazıçı diqqəti Almaniyanın bu hissəsində islamofobiya hallarının artmasına yönəltmişdir. O demişdir: "Ötən həftə Bremendə gənc müsəlman doğranmışdır. İndi isə məsciddə təxribat törədilmişdir. Müsəlman icması ciddi narahatlıq keçirir. Sinaqoqlar kimi, məscidlər də dövlətin mühafizəsi altında olmalıdır”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM