Alternative content

18:54 21 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə Fransa nümayəndə heyəti ilə görüş olub
Milli Məclisdə Fransa nümayəndə heyəti ilə görüş olub
ANA SƏHİFƏ / PARLAMENT
17:46 10.06.2019

İyunun 10-da "Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində ölkəmizə səfər edən Fransa nümayəndə heyətinin üzvləri Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, işçi qrupun rəhbəri Cavanşir Feyziyev Azərbaycanla Fransa arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib, nümayəndə heyətinin Azərbaycanı tanımaq məqsədilə ölkəmizə səfər etdiyini yüksək qiymətləndirib. O, münasibətlərimizin qədim tarixə malik olduğunu, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra isə iki ölkə arasında daha sıx əməkdaşlığın qurulduğunu qeyd edib.

C.Feyziyev qonaqlara Milli Məclisin fəaliyyəti, qanun yaradıcılığı prosesi barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanın qanunverici orqanında dünyanın müxtəlif ölkələrinin parlamentləri, o cümlədən Fransa parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir. O, Azərbaycanda tolerant və multikultural dəyərlərə böyük diqqət göstərildiyini, burada son zamanlar beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini, ölkəmizin dünya miqyasında nüfuzunun artdığını söyləyib.

Qeyd olunub ki, əldə etdiyimiz nailiyyətlərlə yanaşı, bizim Dağlıq Qarabağ münaqişəsi kimi ən ağrılı problemimiz hələ də qalmaqdadır. Münaqişənin tarixi, bu bölgədə son zamanlar baş verən hadisələr, problemin həlli yolunda atılan addımlar barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır və bu istiqamətdə səylərini əsirgəmir.

Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Sahibə Qafarova bu yaxınlarda Parisdə səfərdə olduğunu, orada Azərbaycanda qadınlara 100 il əvvəl seçki hüququnun verilməsi ilə əlaqədar tədbirdə iştirak etdiyini, ölkəmiz barədə həqiqətlərin Fransa ictimaiyyətinə çatdırdığını deyib. Bildirib ki, müasir Azərbaycan qadınları ailə dəyərlərinə, adət və ənənələrimizə böyük önəm verir, onları yüksək səviyyədə qoruyub saxlayır, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Milli Məclisin 125 üzvünün olduğunu deyən deputat, qeyd edib ki, onlardan 20 nəfərini qadınlar təşkil edir. Qadın deputatlar parlamentin müxtəlif komitələrində fəal iştirak edir, vitse-spiker vəzifəsini yerinə yetirir, ölkəmizi beynəlxalq və regional təşkilatlarda yüksək səviyyədə təmsil edirlər.

Sahibə Qafarova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın vaxtilə parlamentdə Fransa ilə dostluq qrupuna rəhbərlik etdiyini, iki ölkə arasında münasibətlərin möhkəmlənməsində göstərdiyi səyləri, bu gün də bu istiqamətdə təqdirəlayiq işlər gördüyünü diqqətə çatdırıb.

Deputat Şahin İsmayılov belə səfərlərin ölkəmizi yaxından tanımaq baxımından əhəmiyyətli olduğunu deyib. O, təmsil olunduğu Gənclər və idman komitəsinin işindən bəhs edib. Bildirilib ki, artıq 10 milyona çatmış ölkə əhalisinin əksəriyyətini gənclər təşkil edir. Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, 300-dən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.

Ş.İsmayılov ötən il Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edən Fransa nümayəndə heyəti ilə görüşü məmnunluqla yada salıb. Qeyd edilib ki, görüş zamanı hər iki ölkə gənclərinin ortaq layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə müzakirələr aparılıb. Yaxın gələcəkdə belə layihələrin reallaşmasına başlanacaq.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, nümayəndə heyətinin başçısı Jan-Fransua Mansel qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən "Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində artıq 4-cü səfərin uğurla baş tutduğunu söyləyib. Jan-Fransua Mansel səfərdən məmnun qaldıqlarını deyib, Azərbaycan və Bakı barədə xoş təəssüratlarını bölüşüb. Qonaq iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətli olduğunu bildirib.

Görüş zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM