10 Iyun 2019 17:37
902
İDMAN
A- A+

Lüis Hamilton Formula-1 Kanada Qran-Prisinin qalibi olub


"Mercedes”in britaniyalı pilotu Lüis Hamilton Formula 1 sinfində maşınların dünya çempionatının yeddinci mərhələsinin - Kanada Qran-Prisinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, hazırkı dünya çempionu L.Hamilton karyerasında 78-ci, mövsümdə beşinci, və Monrealda yeddinci qələbəsini qazanaraq Mixail Şumaxerin rekordunu təkrarlayıb.

"Ferrari”nin pilotu alman Sebastyan Fettel finiş xəttini birinci keçib. L.Hamilton ondan 1,342 saniyə geri qalıb. Lakin 48-ci dövrədə trasa təhlükəli qayıdışına görə finişdə Fettelin vaxtına 5 saniyə cərimə əlavə olunub.

S.Fettel trasa qayıdarkən L.Hamiltonun yoluna çıxaraq az qala onun divara çırpılmasına səbəb olub.

S.Fettel deyib: "Mən trasa otun üstündən keçərək qayıtmağa məcbur oldum. Nə edə bilərdim ki? Bu, onun səhvidir, çünki yolun o biri hissəsindən keçdi. Bəxtim gətirdi ki, özüm divara çırpılmadım. Bu ədalətsizlikdir. Qəzəbliyəm və buna tam haqqım çatır”.

Nəticədə S.Fettel ikinci yerlə kifayətlənməli olub. Üçüncü yeri Fettelin komanda yoldaşı Şarl Lekler tutub.

Hiddətlənmiş Fettel finişdən sonra mətbuata müsahibə verməkdən imtina edərək stüardların otağına qalxıb. Onun cəriməyə etiraz etmək cəhdləri uğursuz olub. Fettel yürüşdə yekun yerlərinin qeyd edildiyi lövhələri də dəyişdirib.

L.Hamilton 162 xalla şəxsi hesabda liderliyini möhkəmləndirib. İkinci yerdə onun komanda yoldaşı Valtteri Bottas (132), üçüncü yerdə S.Fettel (100) gəlirlər. "Mercedes” 294 xalla Konstruktorlar Kubokunda "Ferrari”dən (172) xeyli irəlidədir.

Növbəti Formula 1 Qran-Pri mərhələsi iyunun 21-23-də Fransada keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video