Alternative content

00:07 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
18:04 18.06.2019 Çində güclü zəlzələ
18:04 18.06.2019 Platini həbs olundu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Özbəkistanın televiziya kanalında Qobustan və Heydər Əliyev Mərkəzi haqqında veriliş yayımlanıb
Özbəkistanın televiziya kanalında Qobustan və Heydər Əliyev Mərkəzi haqqında veriliş yayımlanıb
ANA SƏHİFƏ / Mədəniyyət
16:03 10.06.2019

Özbəkistanın "Mədəniyyət və Mərifət” televiziya kanalında Qobustan Milli Tarix-Bədii Qoruğu və Heydər Əliyev Mərkəzi haqqında özbək dilində veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, videomaterial Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu yaxınlarda bir qrup özbək jurnalistin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.

Jurnalistlər arasında olan Nazira Boymuradova qoruq haqqında söhbət açır. Qeyd edilir ki, bu nadir məkan Bakıdan təxminən 60 kilometr məsafədə, Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında yerləşir və 537 hektar ərazini əhatə edir. Buraya gələnlər özlərini sanki daşlar şəhərində hiss edir.

Bildirilir ki, qoruqda 6 mindən artıq qayaüstü təsvirlər olan daş var. Bu daşların üzərində qədim insanların həyatı və məişəti, insan və heyvan fiqurları, rəqs nümunələri, məişət əşyaları əks etdirilib. Müəllif həmçinin məşhur qavaldaş haqqında da söhbət açır.

Bildirilir ki, Qobustan Milli Tarix-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Proqramın aparıcısı Nazira Boymuradova verilişdə Heydər Əliyev Mərkəzi haqqında da ətraflı məlumat verir. Bildirir ki, Bakının simvollarından biri olan bu gözəl binanın layihəsini 2007-ci ildə məşhur memar, mərhum Zaha Hadid hazırlayıb.

Dünyanın nadir memarlıq abidələrindən biri sayılan bu binanın 2012-ci il mayın 10-da təntənəli açılış mərasimi olub. Binada Heydər Əliyev muzeyi, sərgi salonları, beynəlxalq dialoq mərkəzi, iri konqres salonu var. Heydər Əliyev muzeyində bu böyük siyasətçinin həyatı və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotoşəkillər göstərilir. Digər bir salonda Azərbaycan xalqının milli libaslar və xalçalar nümayiş etdirilir.

Birinci mərtəbədə böyük siyasi xadim Heydər Əliyevin vaxtilə istifadə etdiyi dörd xidməti avtomobillər nümayiş etdirilir.

Mərkəzdəki retro avtomobillər də buraya gələnlərin diqqətini cəlb edir.

Burada Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya, Müstəqil Dövlətlər Birliyi və digər ölkələrdə istehsal olunan 60-dan artıq klassik avtomobilləri görmək mümkündür.

"Azərbaycan inciləri” sərgi salonunda ölkənin tarixini və mədəniyyətini əks etdirən müxtəlif eksponatlar nümayiş etdirilir. Burada Azərbaycan xalq çalğı alətləri ekspozisiyası diqqəti cəlb edir. "Mini Azərbaycan” sərgi salonunda 45 tarixi və memarlıq binasının maketləri var.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM