Alternative content

01:54 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya məhkəməsi Nikita Belyankinin qətli ilə əlaqədar daha bir erməni barədə həbs qərarı çıxarıb
Rusiya məhkəməsi Nikita Belyankinin qətli ilə əlaqədar daha bir erməni barədə həbs qərarı çıxarıb
ANA SƏHİFƏ / DÜNYA
15:13 10.06.2019

Moskvanın Krasnoqorsk şəhər məhkəməsi xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, 24 yaşlı Nikita Belyankinin qətlə yetirilməsi ilə əlaqədar daha bir erməni barədə həbs qərarı çıxarıb.

AZƏRTAC xəbər verir ki, məhkəmənin qərarına görə, Hamlet Ayrapetyan 2 ay müddətinə həbs edilib. Beləliklə, qətl hadisəsi ilə əlaqədar 8 nəfər, o cümlədən Rusiya vətəndaşları Sergey Xocayan, Rudik Manukyan, Artur Akobyan və Suren Markosyan, Ermənistan vətəndaşları Narek Stepanyan və Saak Saakyan saxlanılıblar. Sergey Xocayan qətli törətməkdə, qalanları isə xuliqanlıqda təqsirləndirilirlər.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisənin bütün iştirakçıları müəyyən edilib. Onlardan bir neçəsi barədə axtarış elan olunub.

Xatırladaq ki, Nikita Belyankin iyunun 2-də Moskva vilayətinin Krasnoqorsk rayonunda milliyyətcə rus olan iki nəfərin çoxlu sayda erməni tərəfindən döyülməsinin şahidi olub. Təklənmiş kişilərə köməyə gələn Belyankin ürəyindən aldığı bıçaq yarası nəticəsində dünyasını dəyişib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM