Alternative content

16:52 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və ABŞ arasında əqli mülkiyyət hüquqlarının qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan və ABŞ arasında əqli mülkiyyət hüquqlarının qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
ANA SƏHİFƏ / Elm və texnika
13:47 10.06.2019

ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadiyyat şöbəsinin müdiri, iqtisadi məsələlər üzrə müşavir Castin Berq Əqli Mülkiyyət Agentliyində olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, İdarə Heyətinin sədri Kamran İmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatların uğurla reallaşması, o cümlədən əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar barədə məlumat verib. Diqqətə çatdırıb ki, Dünya Bankının "Doing Business-2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət sırasına daxil edilib və Dünya İqtisadi Forumunun hesabatında əqli mülkiyyətin qorunması indeksi üzrə dünya üzrə 36-cı, MDB məkanında isə birinci yerdədir. K.İmanov əqli mülkiyyətin təyinatının investisiyalar cəlb etmək və innovasiyalar həyata keçirmək olduğunu vurğulayaraq, Agentliyin qarşısında duran əsas məsələnin ölkədə aparılan iqtisadi islahatlara kömək etməkdən ibarət olduğunu deyib, Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğurlar əldə edildiyini, Azərbaycanda əqli mülkiyyət sahəsinə aid 10 qanun qəbul olunduğunu, ölkəmizin bu sahədə əksər beynəlxalq konvensiyalarda iştirak etdiyini, əqli mülkiyyətin prioritet istiqamət kimi "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına daxil edilldiyini diqqətə çatdırıb.

Agentliyin rəhbəri Azərbaycanın MDB məkanında yeganə ölkə kimi ABŞ nümunəsi əsasında müəllif-hüquq obyektlərinin qeydiyyatının aparıldığını, bunun hüquqların təminatı prosesində əlavə imkanlar yaratdığını və qeydiyyatdan keçən əsərlər üçün müəlliflik prezumpsiyası kimi çıxış etdiyini bildirib. Ölkəmizdə müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin ÜDM-dəki payı, sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və ABŞ şirkətlərinin payı üzrə statistik məlumatları və digər ölkələrlə müqayisəli təhlili göstərən K.İmanov bu sahədə əməkdaşlıq üçün daha geniş imkanlar olduğunu vurğulayıb. Bildirib ki, əqli mülkiyyət məsələləri Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının Bakıda keçirilmiş sonuncu - 4-cü iclasının gündəliyində də yer alıb və bu barədə iclas zamanı geniş müzakirələr aparılıb.

Görüşdə C.Berq Azərbaycanda əqli mülkiyyət sahəsində müvafiq qanunvericilik olduğunu, hökumətin informasiya texnologiyalarının inkişafına diqqət yetirdiyini qeyd edib, əqli mülkiyyət hüquqlarının qorunması məsələlərinin Amerika Ticarət Palatası ilə müzakirə olunduğunu deyib. O, həmçinin hazırda bu məsələlərlə əlaqədar dövlət qurumları ilə müzakirələr aparıldığını qeyd edib, eyni zamanda, Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatı məsələləri, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyəti və aparılan məhkəmə işləri barədə maraqlanıb.

K.İmanov əqli mülkiyyət hüquqlarının qorunması üzrə qanunvericiliyin tam formalaşdığını, əqli mülkiyyətin qorunma səviyyəsinin, ilk növbədə, hüquqların təminatı və qanunlara riayət olunması, müəlliflik hüququ üzrə piratçılığın miqyası, kreativ industriyanın trendi və səviyyəsi (ÜDM-də payı), sənaye mülkiyyəti üzrə isə ixtira və patent aktivliyi, qəbul olunmuş beynəlxalq göstəricilər və kontrakt pozuntularına qarşı tədbirlərin səmərəliliyi, o cümlədən şəffaflıq, asanlıq və yeni rəqəmli servislərdə istifadə vasitəsilə xidmət vaxtının azalması ilə ölçüldüyünü nəzərə çatdırıb.

Əqli mülkiyyət hüquqlarının qorunmasının əsas amillərindən biri kimi hüquqların təminatı məsələsini vurğulayan K.İmanov Agentliyin 960 nömrəli "Qaynar xətt”i və ictimai əsaslarla "Hüquq məsləhətxanası”nın fəaliyyət göstərdiyini, bundan əlavə vətəndaşların sosial şəbəkələrdəki səhifələr vasitəsilə də Agentliyə müraciət edə bildiklərini, keçən il ərzində əqli mülkiyyət məsələləri üzrə 1500-dən çox müraciət və sorğuya baxıldığını, həmçinin iddia ərizələrinin tərtib edilməsində kömək göstərilməsini bildirib. O, əqli mülkiyyət, o cümlədən sənaye mülkiyyəti obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 21 iş üzrə 40-dan çox məhkəmə iclasında Agentliyin nümayəndələrinin iştirak etməsi, dövlət, məhkəmə orqanları və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 20-dək ekspert rəyi hazırlanması, maarifləndirmə tədbirlərinin keçirilməsi, 2019-cu ildə isə 26 iş üzrə (23 – sənaye mülkiyyəti, 3 – müəllif hüququ) müxtəlif məhkəmə instansiyalarında 60-dan çox məhkəmə iclasında Agentliyin hüquqşünaslarının iştirak etməsi və hər bir iş üzrə ekspert rəylərinin hazırlanması haqqında məlumat verib.

Agentlik tərəfindən əqli mülkiyyət hüquqlarının pozulması faktları müəyyən edildikdə, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verildiyini qeyd edən K.İmanov Agentlik daxilində Apellyasiya şurası yaradıldığını, ərizə və etirazların qəbuluna başlanıldığını, 2018-ci ilin noyabr ayından bu günə qədər ABŞ şirkətlərindən 14 müraciət daxil olduğunu, onlardan 11 ərizənin təmin edildiyini, 2 ərizənin geri götürüldüyünü, 1 ərizənin isə hazırda icraatda olduğunu bildirib. O, görülən maarifləndirmə tədbirləri nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsinin kitab satışı sahəsində 61 faizdən 25 faizə, audio-video məhsul bazarında 90 faizdən 60 faizə, proqram təminatında 96 faizdən 74 faizə düşdüyünü vurğulayıb.

Keçən illər ərzində ABŞ-ın Ticarət Departamenti Kommersiya Hüququnun İnkişafı Departamenti (CLDP) və ABŞ-ın Bakıdakı səfirliyi ilə əməkdaşlıqda təşkil edilən bir sıra tədbirləri xatırladan Kamran İmanov iyunun 14-də Agentlik tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasınin dəstəyi ilə "Məhkəmə islahatları: məhkəmə-hüquq sisteminin əqli mülkiyyət hüquqlarının təminatında rolu” mövzusunda təlim-seminar keçiriləcəyini bildirib və ABŞ səfirliyinin nümayəndələrini də tədbirə dəvət edib.

Amerikalı diplomat səmimi görüşdən məmnun olduğunu bildirərək bu məlumatların onlarda əvvəlki dövrlərlə müqayisədə yeni təsəvvürlər yaratdığını, Əqli Mülkiyyət Agentliyi ilə gələcəkdə daha yaxından əməkdaşlıq edəcəklərini bildirib.

Görüşdə paralel idxal, kontrafakt malların idxalı, o cümlədən gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM