Alternative content

01:52 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyəli diplomatın Cenevrədə erməni terrorçu tərəfindən öldürülməsindən 38 il ötür
Türkiyəli diplomatın Cenevrədə erməni terrorçu tərəfindən öldürülməsindən 38 il ötür
ANA SƏHİFƏ / DÜNYA
13:32 10.06.2019

Türkiyənin Cenevrədəki baş konsulluğunun katibi Mehmet Savaş Yergüzün erməni terrorçu tərəfindən vəhşicəsinə öldürülməsindən 38 il keçir.

AZƏRTAC xəbər verir ki, şəhid diplomat Mehmet Savaş Yergüzün 1981-ci il iyunun 9-da işdən çıxıb maşınla evə gedərkən işıqforun qırmızı işığında Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusunun (ASALA) terrorçusu 21 yaşlı Mardiros Jamkoçyan adlı terrorçu tərəfindən odlu silahla qətlə yetirilib. Mehmet Savaş Yergüzünün başına, ürəyinə və çiyninə atəş açılıb.

Qeyd edək ki, ASALA erməni terror təşkilatı yaranandan bəri Türkiyəyə qarşı 27 ağır terror aktı törədib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM