10 Iyun 2019 13:28
1129
İQTİSADİYYAT
A- A+

Yasamal Yaşayış Kompleksində yeni mənzillər güzəştlə satışa çıxarılıb

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzil, ümumilikdə isə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı iyulun 12-si saat 11:00-da başlayacaq və iyulun 17-si saat 00:00-dək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA)AZƏRTAC-a bildirilib ki, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi iyulun 14-də saat 11:00-da başlayacaq və iyulun 17-də saat 00:00-dək davam edəcək. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli Fərmanına əsasən, MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət” portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. "Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarlawww.mida.gov.azwww.mida.azinternet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa ümumilikdə 253 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 2016-cı il 27 dekabr tarixli 23089 nömrəli, 2017-ci il 6 yanvar tarixli 23126 nömrəli, 2017-ci il 30 yanvar tarixli 23206 nömrəli və 2017-ci il 31 yanvar tarixli 23210 nömrəli müsbət rəyləri mövcuddur.

Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.

Bu elan çərçivəsində mənzillərin satışı yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulduğuna görə mənzil əldə edən vətəndaş satış qiymətinə əlavə 10 faiz endirim əldə edəcək. Mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Otaqların sayı

Mənzilin qiyməti

(manat)

Əlavə endirim məbləği

(manat)

Mənzilin öz vəsaiti hesabına ödəniş üsulu ilə (əlavə endirimdən sonra) satış qiyməti

(manat)

1

29 925

2 993

26 932

2

47 652

4 765

42 887

3

65417

6 542

58 875

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Yasamal Yaşayış Kompleksininwww.yasamal.mida.azinternet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər haqqında məlumatla tanış olmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri barədə ətraflı məlumatlawww.mida.gov.azwww.mida.azinternet səhifələrində və ya müvafiq "ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı və Sumqayıt), habelə "108” Çağrı mərkəzinə müraciət edərək tanış olmaq mümkündür.

"Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və yawww.mida.gov.azwww.mida.azinternet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video