Alternative content

07:57 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədə qədim yeraltı şəhər tapılıb
Türkiyədə qədim yeraltı şəhər tapılıb
ANA SƏHİFƏ / DÜNYA
13:39 09.06.2019

Türkiyənin Nevşehir vilayətinin Avanos rayonu ərazisində təxminən 5 kilometr uzunluğunda yeraltı şəhər aşkarlanıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Avanos rayonunun Çalış bələdiyyəsi ərazisində təxminən 15 birmərtəbəli evi döşəmədən su basıb. Sakinlər bu barədə bələdiyyədən kömək istəyiblər. Subasmanın səbəbi araşdırılarkən bir-birinə yapışıq tikililərdən təxminən 50 metr aralıda iki girişi sakinlər tərəfindən hörülən mağara aşkarlanıb. Az sonra müəyyənləşdirilib ki, mağara hesab edilən ərazi hazırda su altında olan yeraltı şəhərdir. İlkin ehtimala görə, ibadət yeri, yaşayış otaqları və tunellərdən ibarət bu məkan təxminən 5 min il tarixə malikdir.

Bildirilir ki, yeni tapılan yeraltı şəhərin turizm bölgəsinə daxil edilməsi və bunun üçün yararlı hala salınması məqsədilə müzakirələrə başlanılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM