Alternative content

20:05 19 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İcbari tibbi sığorta: bu sosial proqramdan milyonlarla vətəndaşımız faydalanacaq
İcbari tibbi sığorta: bu sosial proqramdan milyonlarla vətəndaşımız faydalanacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:18 09.06.2019


Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaşlarımız, onların rifah halının yüksəldilməsi, insanların gündəlik qayğıları durur. Bu, ölkəmizin milli inkişaf strategiyasının müəllifi olan ulu öndər Heydər Əliyevin irəli sürdüyü başlıca prinsipdir. Prezident İlham Əliyev bu dövlətçilik prinsipinə hər zaman sadiqdir. Onun rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər elə buna əsaslanır, həyata keçirilən siyasətin vətəndaşyönümlü olmasından irəli gəlir.


Vətəndaşa xidmət missiyası


Hər bir dövlətin başlıca missiyası vətəndaşa xidmət göstərməkdir. Onun gücünü, qüdrətini, inkişafını, gələcəyini təmin edən əsas amillər də insanların həyat səviyyəsi ilə bağlıdır və onların bu siyasətə dəstəyidir. Ölkənin sosial-iqtisadi üstünlüklərindən, mövcud resurslarından faydalanmaq üçün hər kəsə bərabər imkanlar mühitinin yaradılması başlıca şərtdir. Azərbaycan dövlətinin son onilliklərdə bütün ölkə boyu həyata keçirdiyi çoxşaxəli infrastruktur layihələri, böyük nəticələr verən inkişaf proqramları, sosial paketlər məhz buna hesablanıb. Bu gün Azərbaycan dövləti öz vətəndaşlarının yanındadır. İnsanlarımız çətinliklə üzləşəndə, hansısa problemlərinin həllində yardıma ehtiyac duyanda dövlətin köməyini hər zaman hiss edirlər.

Ölkədə səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması da dövlət rəhbərliyinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Son illər aparılan islahatlar nəticəsində iqtisadi potensialın artması səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Bakıda və regionlarımızda ən müasir tələblərə cavab verən səhiyyə müəssisələri inşa olunub. Mövcud tibb ocaqları əsaslı təmir edilib, onların maddi-texniki bazası güclənib, müasir təbabətdə böyük rol oynayan avadanlıqlar yenilənib. Səhiyyə xidmətləri insanlarımız üçün daha da əlçatan olub. Müasir texnologiyalara, müayinə və müalicə metodlarına bələd peşəkar kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb və bütün bu istiqamətlərdə tədbirlər yenə davam etdirilməkdədir.


Genişmiqyaslı sosial layihə


Səhiyyə sistemindəki islahatların mühüm tərkib hissələrindən biri də Azərbaycan əhalisi arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Bu yeniliyin tətbiqi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin davamı olaraq ölkənin səhiyyə sisteminin daha sürətlə inkişafına töhfə verir. Əhaliyə tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılması, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi baxımından icbari tibbi sığorta sistemi beynəlxalq təcrübədə özünü doğrultmuş mükəmməl bir yanaşmadır.

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi çox genişmiqyaslı sosial layihədir. Bu addımın başlıca məqsədləri səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlçatanlığını təmin etməklə əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaqdır. Ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərinin daha səmərəli istifadə edilməsinə və insanların tibbi xidmətlərdən daha yaxşı bəhrələnməsinə zəmin yaradır.


Pilot layihə uğur qazandı


Belə bir yeniliyin öz məqsədinə çata bilməsi, təbii ki, bu sahədə mövcud qanunvericilik bazasının yaradılmasından, səmərəli menecment sisteminin qurulmasından çox asılıdır. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi və idarəetmə təsisatlarının formalaşdırılması məqsədilə hələ ötən illərdən zəruri tədbirlərin həyata keçirilməsinə başlanıb. Azərbaycan Prezidentinin 15 fevral 2016-cı il fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Sonradan bu qurumun təşkilati əsasları təkmilləşdirilərək 2016-cı il noyabrın 24-də publik hüquqi şəxsə çevrilib. Agentlik icbari tibbi sığortanın tətbiqini reallaşdırır, baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirir. Səhiyyə xidmətləri ilə bağlı zəruri xərclərin ödənilməsini təmin edir.

Ölkə rəhbərinin fərmanı ilə 2017-ci ilin yanvarından etibarən bu sahədə pilot layihələr həyata keçirilir. İlk olaraq Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə başlanıb.

Layihə çərçivəsində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri təsdiqlənib. Pilot layihənin uğurları, aparılan maarifləndirmə işləri icbari tibbi sığortanın tətbiqinin üstünlükləri və əhəmiyyəti barədə əhalidə əyani təsəvvür yaradıb və bunlar təqdir olunub. Göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əməkhaqlarına müəyyən edilmiş əlavələr həkimlərin və digər səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsinə səbəb olub.

Əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin olunub. Əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılıb. Tibb müəssisələrinin fəaliyyətində məhsuldarlıq artıb, tibbi-iqtisadi rentabellik təmin olunub. Bir çox çətin əməliyyatların bilavasitə rayon xəstəxanalarının özündə uğurla aparılması əhalinin müasir və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması deməkdir. Bu, həm də kadr potensialının gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçilərinin xarici ölkələrdə təlim və təcrübə proqramlarına göndərilməsinin yüksək səmərəsindən, son nəticədə həmin bölgələrdə yaşayan insanların səhhətinə faydalarından xəbər verir.


Dövlət vətəndaşının yanındadır


Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin, apardığı sosialyönümlü islahatların, əhaliyə, xüsusilə aztəminatlı vətəndaşlara yüksək diqqət və qayğısının təzahürü kimi 2020-ci il yanvarın 1-dən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Üstəlik, əhalinin, xüsusilə onun həssas təbəqəsinin qayğılarını, yarana biləcək çıxılmaz vəziyyətləri dövlət yenə nəzərə alıb və sistemin tətbiqi zamanı bir çox vətəndaş qruplarına düşəcək yükü öz üzərinə götürüb. Belə ki, "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq düzəlişlərdən sonra gələn ildən bütün əhaliyə təcili və təxirəsalınmaz tibbi yardım, habelə ilkin səhiyyə xidməti üçün sığorta haqları dövlət büdcəsindən ödəniləcək. Ölkə əhalisinin 45 faizini təşkil edən iqtisadi qeyri-fəal əhali, başqa sözlə desək, uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığorta haqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulur.

Beləliklə, gələn ilin yanvarından etibarən hər bir Azərbaycan vətəndaşı bir çox səhiyyə xidmətlərini icbari tibbi sığorta çərçivəsində əldə edə biləcək. Bura təcili və təxirəsalınmaz tibbi yardım, o cümlədən ambulans xidməti, ilkin səhiyyə (ailə həkimi) xidməti, ambulator şəraitdə müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər, laborator müayinələr, təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar və s. daxildir.

Onu da qeyd edək ki, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin standartlara uyğunlaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birlikdə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb. 2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Bu standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması planlaşdırılıb.


Hədəfdən reallığa


Azərbaycan Prezidentinin 2018-ci il 20 dekabr tarixli fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) adlı publik hüquqi şəxs də yaradılıb. Bir çox dövlət tibb müəssisələri TƏBİB-in tabeliyinə verilib. Belə bir qurumun yaradılmasında məqsəd ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etməkdir.

Bütün bunlar dövlət rəhbərliyinin hər bir ölkə sakininin problemlərinə həssas münasibətini, sosialyönümlü siyasətini əks etdirməklə yanaşı, həm də bu siyasətin icrası üçün məqsədyönlü proqramlara, dəqiq, əsaslandırılmış tədbirlər kompleksinə və ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri reallaşdıra biləcək peşəkar kadr potensialına malik olduğunu göstərir.

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi artıq hədəf deyil, reallıqdır və bu reallıqdan çox tezliklə milyonlarla vətəndaşımız faydanalacaq.

İradə ƏLİYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM