Alternative content

01:08 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
00:37 24.08.2019 Bir bağbanın hekayəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin növbəti qrupu ilə görüş keçirilib
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin növbəti qrupu ilə görüş keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:05 09.06.2019


İyunun 8-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Qarabağ müharibəsi əlillərinin bir qrupu ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev nazirliyin rəhbərliyi adından veteranları salamlayıb. O bildirib ki, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüşlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzindədir.

Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər, şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən nazir müavini deyib ki, ordumuz hər an Ali Baş Komandanın əmrlərinə hazırdır.

Tədbirdə qeyd olunub ki, ordu və cəmiyyət təmaslarının qurulmasının əsasını bu cür görüşlər təşkil edir. Müharibə əlilləri və veteranlarının, şəhid ailələrinin dövlət, xalq qarşısında böyük xidmətləri olduğu, bu kateqoriyadan olan vətəndaşlara cəmiyyətdə daim diqqət və qayğı göstərildiyi, onların dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiyi də vurğulanıb.

General-leytenant Kərim Vəliyev bildirib: "Dövlətimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşların, hərbi xidmət dövründə vəzifə borclarını yerinə yetirərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir. Siz Qarabağ döyüşlərində rəşadətlə vuruşmusunuz. Bütün bunlar isə hər zaman hərbi qulluqçularımıza nümunədir. Ali Baş Komandanımızın da dediyi kimi, müharibə zamanı şəhid olmuş, öz sağlamlığını itirmiş vətəndaşlarımız cəmiyyətin dəyərli insanlarıdır, bizim qəhrəmanlarımızdır. Biz sizinlə fəxr edirik”.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev ölkəmizdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Ulu öndər tərəfindən əsası qoyulan bu siyasətin bu gün də dövlət başçısı tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Digər çıxış edənlər işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Ali Baş Komandanın rəhbərliyi ilə döyüşməyə daim hazır olduqlarını bildiriblər. Göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Sonda tədbir iştirakçılarına Ali Baş Komandanın adından mükafatlar təqdim edilib. Vurğulanıb ki, veteranlarla bu cür görüşlər müxtəlif qruplar tərkibində mütəmadi olaraq keçiriləcək və onların problemlərinin həlli istiqamətində müxtəlif müzakirələr aparılacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM