Alternative content

16:49 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məcburi köçkün məktəblərində “Elektron hökumət” portalına dair seminar təşkil olunub
Məcburi köçkün məktəblərində “Elektron hökumət” portalına dair seminar təşkil olunub
ANA SƏHİFƏ / Təhsil
02:05 09.06.2019


"Elektron hökumət” portalına həsr olunmuş növbəti seminar Bakıda yerləşən məcburi köçkün məktəblərində təşkil edilib.

Portaldan AZƏRTAC-a bildirilib ki, Regional İnsan Hüquqları və Media Mərkəzi "Məcburi köçkün məktəblərində "Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində Bakıda məlumatlandırma sessiyası keçirib.

Tədbirdə Bakıda fəaliyyət göstərən Kəlbəcər rayon 18 saylı və 56 saylı tam orta məktəbləri, Laçın rayon 45 saylı tam orta məktəbində çalışan 29 müəllim iştirak edib. Kəlbəcər rayon 18 saylı tam orta məktəbin direktoru Arzuman Qarayev son illər məcburi köçkün məktəblərinin müasir informasiya kommunikasiya texnologiyaları ilə təmin olduğunu qeyd edib.

"Məktəbimizdə yüksək sürətli internet xətti var. Ötən ildən məktəbimizin hazırlıq qruplarına və birinci sinifə şagirdlərin qəbulu elektron sistem üzərindən aparılır. Gələcəkdə bütün ölkə üzrə şagirdlərin məktəblərə qəbulu elektron sistem vasitəsilə aparılacaq. Eyni zamanda, orta məktəb şagirdləri və pedaqoji kollektivin özünün inkişafı üçün yararlı olan onlarla elektron resurs var”, - deyə o əlavə edib.

Tədbir barədə iştirakçılara məlumat verən layihə rəhbəri Mehman Hüseynov bildirib ki, məqsəd məcburi köçkün məktəblərinin pedaqoji kollektivinin ölkəmizdə təhsil sahəsinə dair göstərilən elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırılması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsidir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra edilir. Şura elektron xidmətlərin təbliğinə dəstək verməklə yanaşı, həm də özü göstərdiyi xidmətlərin sayını hər il artırır.

Daha sonra təhsil sahəsinə dair elektron xidmətlərlə bağlı iştirakçılara məlumat verilib. İştirakçılara elektron dərslik, testlər, tapşırıqlar, videodərslər, səsli dərsliklər, müəllimlərin peşəkar inkişafı üçün mövcud imkanlar barədə danışılıb. Həmçinin "Elektron hökumət” portalında qeydiyyat, portal üzərindən göstərilən elektron xidmətlərdən istifadə əyani nümayiş etdirilib.

İştirakçılara "e-qht.az” saytı vasitəsilə göstərilən elektron xidmətlərlə bağlı məlumat verilib.

Tədbir zamanı elektron xidmətlərdən istifadədə çətinlik çəkən şəxslərə xidmətlərdən istifadə üçün köməklik göstərilib. İştirakçılara layihə çərçivəsində çap edilən, təhsil sahəsində göstərilən elektron xidmətlərlə bağlı məlumatların toplandığı buklet paylanılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM