Alternative content

07:30 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda könüllülər üçün “Bir komanda, tək məqsəd” adlı idman festivalı təşkil olunub
Bakıda könüllülər üçün “Bir komanda, tək məqsəd” adlı idman festivalı təşkil olunub
ANA SƏHİFƏ / İDMAN
02:04 09.06.2019


İyunun 8-də Bakıda Gənclər və İdman Nazirliyinin və "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin dəstəyi ilə "Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin təşkilatçılığı ilə könüllülər üçün "Bir komanda, tək məqsəd” adlı idman festivalı təşkil edib.

AZƏRTAC xəbər verir ki, festival könüllülərin səmərəli və sağlam vaxt keçirməsi, bir-birini tanıması və tədbirdən əvvəl motivasiyanın artırılması məqsədilə keçirilib.

Tədbirdə Bakıda keçirilən beynəlxalq idman tədbirlərində böyük təcrübə əldə etmiş 1500 könüllü iştirak edib. Onlar arasında futbol, basketbol, çimərlik voleybolu və kartinq idman növləri üzrə yarışlar keçirilib. Qalib komandalara və iştirakçılara kubok və müxtəlif hədiyyələr verilib.

"Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov son illərdə ölkəmizdə vətənpərvər könüllülərin sayının artdığını vurğulayaraq deyib: "Biz Azərbaycanda əksəriyyəti gənclərdən ibarət olan böyük könüllü komandasının formalaşmasına çox sevinirik. Bu tədbir könüllülərin komanda ruhuna, festival öncəsi oyunlara inteqrasiyasına, sağlam həyat tərzi və idmanın təbliği uğrunda birgə mübarizə aparmalarına və "Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı səmərəli fəaliyyət göstərmələrinə təkan verəcək”.

Tədbir çərçivəsində könüllülərin ulduz səfirləri təqdim edilib. Ulduz səfirlər xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran, məşhur muğam ifaçıları Mirələm Mirələmov və Kamilə Nəbiyeva, eləcə də istedadlı müğənni Tofiq Hacıyev və "O səs Türkiyə” yarışmasının finalçısı Leyla Rəhimova olublar.

Tədbirdə çıxış edən Hacı Nuran deyib: "Biz könüllülərin ulduz səfiri və sosial dəyəri yüksək olan ictimai tədbirlərin bir hissəsi olmaqdan qürur duyuruq. Qələbə və uğur sevincini könüllülərlə birgə yaşayıb, onları paylaşmaq ən gözəl hisslərdən biridir”.

Mərasim ulduz səfirlərin ifaları ilə davam edib.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü üzrə - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM