Alternative content

00:04 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
18:04 18.06.2019 Çində güclü zəlzələ
18:04 18.06.2019 Platini həbs olundu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakılıların qonaqpərvərliyi
Bakılıların qonaqpərvərliyi
ANA SƏHİFƏ / Mədəniyyət
01:53 09.06.2019


Bəşər mədəniyyətinin dəyərlərindən biri olan qonaqpərvərlik adəti xalqın fəaliyyətini, eyni zamanda, əldə etdiyi uğurları əbədiləşdirən ədəb xəzinəsidir. Milli xarakter, özünüdərk və digər dəyərlərin məcmusu bu ədəb xəzinəsində çox aydın əks olunmuşdur.

Xalq öz həyatının canlı lövhələrini, məişət tərzini qonaqpərvərlikdə yaşatmış və onu davam etdirməyə çalışmışdır. Qonaqpərvərliyin mahiyyətində dostluq, səmimiyyət, şəfqət, mehribanlıq, ehtiyacı olana əl tutmaq, yardım etmək kimi yüksək insani keyfiyyətlər durur. Bu kimi keyfiyyətlər müəyyən adət və ənənələrin icrası və davranış qaydalarında öz əksini tapır. Bu isə ev sahibinin mənəvi-əxlaqi keyfiyyətlərinin aynasıdır.

Hər bir xalqın qonaqpərvərlik adəti özünəməxsus xüsusiyyətləri ilə fərqləndiyi kimi, icra xüsusiyyətlərinə görə də seçilir. Lakin bütün xalqlarda qonağa böyük diqqət yetirilməsi şübhəsizdir. Qonaqpərvərlik xalqın qiymətli sərvətinə çevrilərək onun həyat tərzini əks etdirən bir güzgü olmaqla yanaşı, həm də insanları mənən zənginləşdirən mühüm amildir.

Gözəl təbiətə və zəngin sərvətlərə malik olan Bakının əlverişli təbii-coğrafi mövqeyi, məhsuldar torpaqları, yerüstü və yeraltı sərvətləri burada ulu əcdadlarımızın yaşayıb-yaratması və zəngin irs qoyub getməsinə hər cür şərait yaratmışdır. Məhz bu zəmin üzərində içərişəhərlilər özlərinin maddi və mənəvi mədəniyyətini formalaşdırmış və inkişaf etdirmişdir. Bu zənginlik onun süfrə mədəniyyətində də müşahidə olunur.

Qonaqpərvərlik adətinin qədim tarixi kökləri var. İbtidai icma quruluşu dövründə bütün insanlarda maddi və mənəvi mədəniyyət bir-biri ilə sıx vəhdətdə idi. İnsanlar arasındakı münasibətlər də adətlərə və vərdişlərə uyğun qurulurdu. Lakin zaman keçdikcə ibtidai icma quruluşu dağıldı və ayrı-ayrı tayfalar müxtəlif həyat tərzi ilə bir-birindən fərqlənməyə başladılar.

Tarix elmləri doktoru, professor Kamil İbrahimovun sözlərinə görə, qonaqpərvərliyin tarixi köklərini çox güman ki, qan qohumluğuna əsaslanan qəbilənin formalaşdığı və inkişaf etdiyi bir dövrdə axtarmaq lazımdır: "Çünki ayrı-ayrı qəbilələr bir-biri ilə ünsiyyət saxlamağa, iqtisadi münasibətlər qurmağa, gələcək həyatın zəruri tələbatını ödəmək üçün əlaqə yaratmağa ehtiyac duymuşlar. Aydındır ki, qəbilə daxilində insanlar bir-biri ilə sıx surətdə bağlı olmuşlar. Müxtəlif qəbilələr arasındakı belə bağlılıq onların tayfa ittifaqlarında birləşməsi ilə nəticələnmişdir”.

Keçmişdən bəri bakılılarda belə bir ənənə hökm sürür ki, yoldan ötən, tamamilə yad bir adam belə qonaq olduğunu bildirsə, ev sahibi ona canla-başla qulluq göstərməlidir. Çox vaxt qonağı yalnız ev sahibi deyil, onun qohum-əqrəbası da evinə dəvət etməyi özünə borc bilir.

Ailə üzvlərinin hamısı qəfil gələ biləcək qonağın qarşılanmasına həmişə hazır olurdular. Yüksək səviyyəli qonaqların qarşılanması üçün atlı dəstəsi göndərilirdi. Xüsusi diqqət mərkəzində olan xarici müsafirləri qonaq düşdükləri yerin bütün şan-şöhrət sahibi olan adamları görməyə gələr və onu təkidlə öz evlərinə dəvət etməyə çalışardılar. Həyatı təhlükədə olub imdad diləyən qonağın sağlığının keşiyində durmaq üçün ev yiyəsi gözətçi belə qoyurdu. Qonağı evin bütün sakinləri yola salırdı. Ev sahibi uğurlanan qonağa bir qədər də qalmasını təklif edirdi. Ev sahibi hörmət əlaməti olaraq nəzərləri ilə yola düşən qonağı gözdən itincəyədək müşayiət edirdi.

Bakılıların ailələrində evə gələn qonaq üçün ya ayrıca bir tikili, ya da evin bir otağı hazır saxlanılırdı. Gələn qonağın atı vardısa, ilk növbədə onun atının cilovu tutulur və onu lazımi yerə bağlayırdılar. Ümumiyyətlə, qonağı çoxlu sualla yormaq, gəlişinin məqsədini soruşmaq və nə zaman gedəcəyi ilə maraqlanmaq ev sahibi üçün ədəbdən kənar sayılırdı.

Hələ qədim zamanlardan evə gələn qonaq süfrənin yuxarı başında əyləşdirilirdi. Onun yanında isə evin böyüyü, ehtiram sahibi ağsaqqallar və hörmətli şəxslər oturardılar. Söhbəti yalnız böyüklər apara bilərdilər. Qonaqlıq zamanı məclis başında çox danışmaq düzgün sayılmırdı, belə ki, məclisdə hər kəs öz yerini bilməli idi.

Ev sahibi qonaqlıq süfrəsindəki yeməklərin də müxtəlif çeşidli olmasına çalışırdı. Qonağın şərəfinə düzəldilən məclis süfrəsinin bəzədilməsinə xüsusi diqqət verilirdi. Gələn qonaq üçün açılan süfrəyə ləziz, bol yemək növləri düzülür və adi günlərdə olduğundan fərqlənirdi. Süfrəyə içkilərdən şərbət və ayran qoyulur, bəzi hallarda şərab da verilirdi. Qonaqlıq süfrəsində yeməklərdən əsasən düyü və ət xörəkləri üstünlük təşkil edirdi. Xörəklərlə bərabər süfrəyə müxtəlif göyərti də gətirilirdi. Şirniyyat süfrəsinə isə ayrı-ayrı milli şirniyyat növləri, mürəbbələr və s. ilə yanaşı, meyvələr də düzülürdü.

Qonaq evə bərəkət gətirirdi.

Hazırladı: İ.ƏLİYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM