Alternative content

16:50 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gələcəyin peşələri: insan əməyi, yoxsa robot köməyi?
Gələcəyin peşələri: insan əməyi, yoxsa robot köməyi?
ANA SƏHİFƏ / Elm və texnika
01:52 09.06.2019


Bəli, XXI əsr qlobal kompüterləşmə, texnologiyaların inkişafı əsri oldu. Nəticədə yeni peşələr və ixtisaslar yarandı. Bəzi peşələr isə tamamilə tarixə gömüldü. Oksforddan olan araşdırmaçı alimlərin fikrincə, yaxın 20 il ərzində hazırda mövcud olan peşələrin 47 faizi sıradan çıxacaq. Gələcək peşələr əsasən bu sahələri əhatə edəcək: Pilotsuz avtosənaye, 3D-çap, robot texnikası, gen mühəndisliyi, neyrointerfeys, bərpa olunan enerji mənbələri, havanın idarə edilməsi sistemləri.


Cərrahların robot köməkçiləri


"Microsoft” korporasiyası da 10 ildən sonra ən çox tələb olunacaq peşələrin siyahısını dərc edib. Onların versiyasına görə, belə peşələr onluğuna kosmik bələdçi, virtual reallıq dizayneri, mədəniyyət sahəsində rəqəmli şərhçi, robot etikası üzrə hüquqşünas, beyin həcmi üzrə optimallaşdırıcı, enerjidən qənaətli istifadə sahəsində işçi, internet texnikası sahəsində mütəxəssislər, təbii resursların bərpası üzrə mütəxəssis və bədən mühəndisi daxildir.

Təbii ki, gələcəyin ən çox qazanclı peşələrindən biri informasiya-kommunikasiya texnologiyaları ilə bağlı olacaq. Səhiyyənin ayrı-ayrı sahələri ilə bağlı olan ixtisaslara tələbat yüksək olaraq qalmaqda davam edəcək. Həm texnoloji biliklərə yüksək səviyyədə yiyələnən, həm də həkimlik bacarığına sahib olan insanlar daha çox gəlir əldə edəcəklər. Robortlaşdırılmış cərrahiyə artıq mövcuddur. Ancaq bu, inkişafın son nöqtəsi deyil. Gələcəkdə cərrahiyyə əməliyyatlarının da uzaqdan idarə olunması planlaşdırılır. Üstəlik, yaxın 15 ilə ağır əməliyyatların keçirilməsində cərrahlara robotlar kömək edəcək. Assistentə, tibb bacısına ehtiyac qalmayacaq. Robotlar bütün işləri görəcək, əməkhaqqı da tələb etməyəcəklər. Amma bu robotlara insanlar - tibbi robotların operatorları nəzarət edəcəklər.

Robotlar yaxın on il ərzində həyatımızın demək olar ki, hər sahəsində yer alacaq. Onları istehsalatda, satışda, evimizdə görə biləcəyik, ofis və idarələrdə bir çox işləri icra edəcəklər. Təbii ki, bu zaman həmin qurğuları izləyəcək peşəkarlara - robot koordinatorlarına da ehtiyac yaranacaq. Mütəxəssislərin fikrincə, robotlar xeyirli işlərlə yanaşı, ziyanlı əməllərlə də məşğul ola bilərlər. Belə olduqda robotlarla insanlar arasındakı münasibətləri tənzimləyən şəxsə - robot etikası üzrə vəkilə gərək duyulacaq. Deməli, hüquq fakültəsi aktuallığını saxlamaqda davam edəcək.


Qolbağa çevrilən diş fırçası


Alternativ enerji sahəsində də təcrübəli mütəxəssislərə böyük ehtiyac yaranacaq. Bu da dünyada təbii ehtiyatların getdikcə azalması ilə bağlıdır. Hamımız bilirik ki, dünyanın ekoloji durumu ildən-ilə pisləşir. Futuroloqlar hesab edirlər ki, bir müddət sonra bu problemin həllinə çarə tapılacaq. Ətraf mühitin bərpası üzrə mühəndislər ekologiyanın çirklənməsinin qarşısını almaqla yanaşı, çirklənmiş sahələrin, nəsli kəsilmiş flora və faunanın yenidən bərpasına nail olacaqlar. Bundan başqa tullantı dizayneri peşəsi də ortaya çıxacaq. Bu peşəyə yiyələnənlər tullantılara ikinci həyat verə, onlardan müxtəlif əşyalar düzəldə biləcəklər. Məsələn, təsəvvür edin ki, diş fırçanız gələcəkdə qolbağa çevrilə bilər. Ekologiya sahəsində bir yeni peşə də akvoponika - su bitkilərini yetişdirən əkinçidir. Bir sıra bilinən balıqların nəsli tükənmək üzrədir. Onları həyatda saxlamaq üçün bu bitkilərin əkilməsinə, dolayısı ilə onları yetişdirəcək insana ehtiyac olacaq. Akvoponika dəniz bitkilərinin heç bir şərait olmadan yetişdirilməsidir.

Britaniya alimləri gələcəyin fəaliyyət sahələrinə dair proqnozlarını açıqlayarkən təqribən 2030-cu ildə reallığa çevrilə biləcək peşələrin də siyahısını tərtib ediblər. Bu siyahıya süni orqanların yaradılması üzrə mütəxəssis, kosmik memar, təbiət dəyişiklikləri üzrə mütəxəssis, informasiyanın utilizasiyası üzrə mütəxəssis, yaddaşın artırılması üzrə ixtisaslaşmış cərrah, zaman bankı brokeri kimi bizə yeni olan peşə adları salınıb.


Kosmosa səyahət turları


"İndependent” qəzetinin yazdığına görə isə, bir sıra peşələri robotlar "özününküləşdirəcək”, bəziləri tam sıradan çıxacaq və onları bizə hələ məlum olmayanlar əvəzləyəcək. Məsələn:

Kosmik turizm meneceri: Futuroloji proqnozlara inansaq, təqribən 20 ildən sonra kosmosa turlar satışa çıxarılacaq. Bu zaman kosmik turizmin bilicisi - bələdçi bizi məlumatlandırmaqla yanaşı, həm də hansı istiqamətə səyahət etməyimizə dair dəyərli məsləhətlər verəcək.

Günəş texnologiyaları üzrə mütəxəssis: Gündən-günə artan günəş enerjisi ilə işləyən texnologiyaları idarə edən mütəxəssisə gələcəkdə mütləq şəkildə ehtiyac duyulacaq. Bunun sayəsində də neft enerjisinə tələbat azalacaq.

Pilotsuz aviasiya interfeysinin layihələndiricisi: Gələcəkdə təyyarə və helikopterlərdə pilotları robotların əvəzləyəcəyini eşitmişik. Həmin robotların proqramlaşdırılması, təkmilləşdirilməsi və təhlükəsizliyinə cavabdeh şəxs pilotsuz aviasiya interfeysinin layihələndiricisi olacaq.

Virtual reallıq dizayneri: İşgüzar danışıqlar aparmaq, yaxud sərgilər təşkil etmək üçün digər ölkələrə və şəhərlərə ezamiyyətə getməyə ehtiyac qalmayacaq. Biznes layihələr internet vasitəsilə müzakirə və nümayiş olunacaq. Bu zaman artıq virtual reallıq dizaynerləri köməyə gələcək.

Nostalgiyaçı: Bu peşə zamanın içində səyahət edən internet dizayneri kimidir. Onun vəzifəsi köhnə zamana və məkana geri dönmək olacaq. Araşdırmalara görə, bu günün özündə belə 70-80-ci illərin otellərini yaratmaq ideyası var.

İnsan bədəninin dizayneri: Alimlərin qənaətincə, bu peşə sahibi 2025-ci ildən sonra aktual olacaq. Dizayner nəinki zədələnmiş əzələləri bərpa edəcək, həmçinin hər kəsin istəyinə uyğun olaraq onun xarici görünüşünü layihələndirəcək.

Gələcək uşağın obrazı üzrə menecer: Yaxın zamanlarda insanlar övladlarını necə böyütmək, tərbiyə etmək üçün əziyyət çəkməyəcəklər, bunu onların əvəzinə obraz meneceri edəcək. Özü də söhbət sadəcə tərbiyə etmək və təhsil verməkdən getmir. Həmin menecerin ata-ananın istəyinə uyğun öz proqramı olacaq: uşaq hansı dərnəklərə getməlidir, nəyi oxumalı və öyrənməlidir.

Məşhur futuroloq Mitio Kaku əmək bazarının necə dəyişəcəyinə dair proqnoz verərkən bildirib ki, süni intellekt gələcəkdə mühasib, kassir, hüquqşünas köməkçisi və menecer peşələrini tamamilə sıxışdıracaq. Lakin bağban, santexnik və ya təmizlikçi kimi sadə işlər insanlara qalacaq. Çünki robot tanımadığı nümunələri pis seçir və onun sağlam düşüncəsi yoxdur. Buna görə zibili faydalı şeylərdən seçmək və gözəllik yaratmaq insanların öhdəsinə düşəcək.

Bunlar sadəcə alimlərin gələcək peşələrlə bağlı proqnozlarıdır. Bu ehtimallardan hansının reallığa çevriləcəyini zaman göstərəcək. Bizim üzərimizə düşən isə çox da uzaq olmayan bu gələcəyə övladımızı necə hazırlamaqdır. Bax, bu məqamda isə əsas iş orta məktəblərin üzərinə düşür. Qısası, təhsil sisteminin qarşısında yeni hədəflər durur. Bu isə artıq tamam başqa bir söhbətin mövzusudur...

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM