08 Iyun 2019 17:42
733
CƏMİYYƏT
A- A+

Lənkəranda “Şeyxülislam Allahşükür Paşazadə-70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda regional konfrans keçirilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən hazırlanan Tədbirlər Planına əsasən regionlarda silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin tədbirlərdən birincisi iyunun 8-də Lənkəran rayonunda təşkil olunub. DQİDK, Lənkəran Şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə rayonda "Şeyxülislam Allahşükür Paşazadə-70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda regional konfrans keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin rəhbər işçiləri, Milli Məclisin üzvləri, tanınmış ictimai-siyasi xadimlər, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının din xadimləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla anılıb.

Konfransda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyəti ilə bağlı məruzəsi dinlənilib.

Qeyd olunub ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar ilk tədbirin onun doğulub boya-başa çatdığı Lənkəranda keçirilməsi rayon sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.

Konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafı, eləcə də ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılması sahəsindəki səmərəli xidmətlərindən danışıb.

Bildirib ki, Şeyxülislam A.Paşazadə istər Azərbaycanda, istərsə də regionda baş verən mühüm hadisələr zamanı sülhməramlı missiya daşıyıb, xalqın həyatında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əhəmiyyətli rol oynayıb. Ötən əsrin 80-90-cı illərində xalqımızın öz soykökünə, mənəviyyatına, dilinə, dininə qayıdışında Şeyxülislamın şəxsi rolunu, onun rəhbərlik etdiyi dini idarənin əməli fəaliyyətini görməmək mümkün deyil. O, Azərbaycanda baş verən daxili çəkişmələrə, müstəqilliyimizə kölgə salanlara qarşı din xadimi kimi, vətəndaş kimi öz qəti mövqeyini nümayiş etdirib.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin qurulmasında da Şeyxülislamın xidmətləri danılmazdır. Allahşükür Paşazadə müstəqilliyimizin ilk illərində, çox mürəkkəb bir şəraitdə ümummilli lider Heydər Əliyevin dinə, milli-mənəvi dəyərlərə münasibətdə yürütdüyü müdrik siyasətin həyata keçirilməsində yaxından iştirak edib.

Prezident İlham Əliyevin bu il Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi barədə Sərəncam imzalaması A.Paşazadənin bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyəti, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlərinə verilən yüksək dəyərin göstəricisidir.

Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Fəzail Ağamalı, Fəzail İbrahimli, QMİ-nin Masallı bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, QMİ-nin Lənkəran bölgəsi üzrə qazisi Qəni Axundzadə Şeyxülislam Allahşükür Paşazadəni 70 illik yubileyi münasibətilə təbrik edərək onun xidmətlərindən danışıblar.

QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirərək Ulu Öndərlə bağlı xatirələrindən danışıb. Bildirib ki, Heydər Əliyev Böyük Yaradanın Azərbaycana bəxş etdiyi ən böyük pay idi. Ulu Öndər xalqımıza müstəqil dövlət, möhkəm din-dövlət münasibətləri, nadir multikultural mədəniyyət nümunəsi əmanət edib. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev kimi rəhbəri var.

Prezident İlham Əliyevin "Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını minnətdarlıqla vurğulayan A.Paşazadə qeyd edib ki, ölkəmizə qədəm basan hər kəs tərəqqi və inkişafın şahidi olur. Bu uğurların təməlində Prezident İlham Əliyevin fəaliyyəti və müdrik siyasəti durur. Bu siyasətin təməlində dövlət–xalq birliyi, Prezident-vətəndaş həmrəyliyi dayanır. Bu, həm siyasi, həm mənəvi baxımdan ən düzgün yoldur.

Bildirilib ki, dünyanın bir çox ölkələrində mənəvi dəyərlərə qarşı savaş açıldığı, islamofobiya, antisemitizm zəminində təqiblərin, terrorun, ekstremizm və radikallığın artdığı mürəkkəb zamanda müxtəlif qitə nümayəndələrinin, din və mədəniyyət təmsilçilərinin Azərbaycan Prezidentinin elan etdiyi multikulturalizm, İslam həmrəyliyi kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi dövlətimizin uğuru, həyata keçirilən siyasətin təntənəsidir. Bu gün Azərbaycan iqtisadi, siyasi, mədəni sahələrdə liderliyi ilə yanaşı, dünya miqyasında dini-mənəvi dəyərlərin inkişafına böyük töhfələr verən multikulturalizm mərkəzi kimi tanınmaqdadır.

Çıxışlardan sonra konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Sonda Şeyxülislam Allahşükür Paşazadəyə Lənkəranda toxunmuş xalça hədiyyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video