Alternative content

04:13 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu gün paytaxtın bütün rayonlarında iməcilik keçirilir
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu gün paytaxtın bütün rayonlarında iməcilik keçirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:24 08.06.2019

Ölkə rəhbərliyinin yaşıllıqların mühafizəsi və Bakı şəhərinin görkəminin qorunması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq şəhərimizdə ərazilərin təmizlik-abadlığı ilə bağlı iməciliklər keçirilib.

AZƏRTAC xəbər verir ki, bu iməciliklərdən biri də Nərimanov rayonunda təşkil olunub. Rayon ərazisində bütün mərkəzi prospektlər, küçələrdə təmizlik-abadlıq işləri aparılıb.

Belə ki, rayonun Heydər Əliyev prospekti, Atatürk prospekti, Həsənoğlu, A.Neymətulla küçələrində, F.X.Xoyski prospektində, Azadlıq prospekti, Xətai prospekti, Təbriz küçəsi və digər mərkəzi küçələrdə fəaliyyət göstərən obyektlərin vitrin şüşələri təmizlənib, küçələrdə qurumuş ağaclar budanıb, mövsümi gül kolları dəyişdirilib, səkilər və ağaclar su ilə yuyulub və yaşıllıqlara aqrotexniki xidmətlər göstərilib.

Ərazidə olan yaşıllıqlara daimi qulluq göstərilməsi məsələləri rayon icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Aksiya çərçivəsində küçələrdə olan qanunsuz küçə ticarəti təmizlənmiş, metroların giriş-çıxışları yuyularaq təmizlənmişdir.

Bu işlər hər həftənin şənbə günləri davam etdiriləcək.

Ümumilikdə rayon ərazisində keçirilən iməcilikdə 2,5 mindən çox rayon təsərrüfatı xidməti işçiləri, idarə, təşkilat, ictimaiyyət nümayəndələri iştirak edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM