08 Iyun 2019 12:22
758
DÜNYA
A- A+

Türkiyə S-400 komplekslərini iki aydan sonra alacaq


Rusiya iki aydan sonra Türkiyəyə S-400 zenit-raket komplekslərini göndərməyə başlayacaq. Bu barədə Rusiyanın NTV telekanalına müsahibəsində "Rostex” korporasiyasının başçısı Sergey Çemezov məlumat vermişdir.

Çemezov demişdir: "Hər şey qaydasındadır. Zənnimcə, iki aydan sonra kompleksləri göndərməyə başlayacağıq. Artıq avans ödənişləri həyata keçirilmiş, kredit sənədləşdirilmişdir. Kredit pulu xərclənmiş, texnika istehsal edilmişdir. Üstəgəl, biz türkiyəli hərbçilərin təlimini başa çatdırmışıq”.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 zenit-raket komplekslərinin alınması üçün Rusiya ilə müqavilə imzalanması barədə məlumat vermişdir. Sonradan "Rostex” korporasiyasının başçısı Çemezov dəqiqləşdirmişdir ki, söhbət ümumi məbləği təxminən 25 milyard dollar təşkil edən dörd diviziondan gedir.

Bu arada ABŞ ultimativ şəkildə NATO üzrə müttəfiqi Türkiyədən iyulun 31-dən gec olmayaraq Rusiyadan S-400-ləri almaqdan imtina etməyi tələb etmişdir. ABŞ müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Ellen Lord bildirmişdir ki, əgər Ankara bu tələbi yerinə yetirməsə, ABŞ hazırda ölkədə təhsil alan türkiyəli pilotları deportasiya edəcək və Türkiyə şirkətlərini F-35 qırıcı təyyarələrinin istehsalında iştirakdan kənarlaşdıracaq.

Türkiyə F-35 qırıcılarının istehsalında ABŞ-ın əsas xarici tərəfdaşlarından biridir. Bu, Pentaqonun dəyəri 428 milyard dollardan çox qiymətləndirilən ən bahalı proqramıdır. Türkiyə F-35-in əsas komponentlərini hazırlamaqdan başqa, həm də 100-ə yaxın belə təyyarə almaq niyyətindədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video