Alternative content

01:49 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Britaniyanın Baş naziri vəzifəsinə namizəd narkoman olubmuş
Britaniyanın Baş naziri vəzifəsinə namizəd narkoman olubmuş
ANA SƏHİFƏ / DÜNYA
12:21 08.06.2019


Böyük Britaniyanın ətraf mühit və kənd təsərrüfatı məsələləri naziri Maykl Qouv gənc yaşlarında narkotik maddə qəbul etdiyini bildirmişdir. "Daily Mail” qəzetinin xəbərinə görə, Qouv demişdir: "20 il əvvəl bir neçə dəfə ictimai tədbirlərdə narkotik maddə qəbul etmişəm. O vaxt mən gənc jurnalist idim. Bu, səhv idi. Kaş ki, bunu etməyəydim”.

Bu bəyanatı 51 yaşlı Qouv jurnalist Ouen Bennetin ona həsr etdiyi kitabın işıq üzü görməsi ərəfəsində səsləndirmişdir. Kitabda Bennet nazirin 2016-cı ildə kokain qəbul etdiyini təsdiqləyir.

İyunun 7-də Britaniyanın Baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının başçısı vəzifəsindən istefa etməsi barədə ərizə vermişdir. Partiyanın yeni rəhbəri avtomatik olaraq həm də Baş nazir vəzifəsini icra edəcək. Bu vəzifəyə Qouvdan başqa, sabiq xarici işlər naziri Boris Conson, Brexit işləri üzrə keçmiş nazir Dominik Raab, daxili işlər naziri Sacid Cavid, habelə xarici işlər naziri Ceremi Hantın namiəzdliyi irəli sürülmüşdür.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM