Alternative content

16:48 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sənətinin vurğunu
Sənətinin vurğunu
ANA SƏHİFƏ / Mədəniyyət
00:37 08.06.2019


Onlar duyğuların cilalanmış həm portreti, həm də mənzərəsidir


Hər sənətin öz gözəlliyi var. Onları təqdim etmək isə fitrətdən, istedadla zəhmətin vəhdətindən və sənətə vurğunluqdan çox asılıdır. Şairliklə həkimliyi eyniləşdirən aqillər bu sıraya rəssamlığı da əlavə edirlər. Bunların üçü də ruhən əkiz sənətlər hesab edilir. Rəssamları isə digər sənət adamlarından fərqləndirən bir çox məziyyətləridir. Ən əsası odur ki, onlar bəzən gözlə görünməyən obrazları belə cızırlar: təxəyyül, düşüncə, fikir karvanının sarvanı olan rəssamların fırçası şairlərin qələmi ilə eyni mahiyyət daşıyır. Musiqi kimi axı rəsm də duyğuların cilalanmış həm portreti, həm də mənzərəsidir.

Deyirlər ki, sənət yolları dolanbacdır, çoxu sona kimi gedə bilmir. Lakin sənətkar ucalığına sənətə vurğunluqla yüksəlmək mümkündür. Bədii yaradıcılıq yolu ilə irəliləyən Lalə Hüseynova da uşaqlıqdan rənglər dünyasına aludə olub. Atası əməkdar rəssam Məmmədhüseynin çəkdiyi rəsmlərdən sirli bir aləmin boylandığını görüb. Hərdən atasından gizlicə onun fırçası ilə "öz dünyası”nı yaradanda inanmayıblar ki, bu "rəsmlər” onun uşaq təxəyyülünün ifadəsidir.

O illəri arxada qoyan Lalə Məmmədhüseyn qızı Hüseynova 1995-ci il fevral ayının 28-də Neftçala şəhərində anadan olub. Bakıda, Səbail rayonundakı 236 saylı tam orta məktəbi 2012-ci ildə əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsinə daxil olub və fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı illərdən bəri Rəssamlıq Akademiyasında, Azərbaycan Rəssamlar İttifaqında, respublikanın müxtəlif bölgələrində və xarici ölkələrdə təşkil edilmiş sərgilərdə rəsmləri nümayiş edilən Lalə Hüseynova müxtəlif müsabiqələrdə də cəlbedici mövzularla iştirak edib və mükafatlandırılıb.


İlk uğurun sevinci


Lalə sevindiyi, layiqli yer tutaraq mükafat aldığı tarixi günləri unutmayıb: "2009-2010-2011-ci illərdə Gül bayramı müsabiqələrində asfalt üzərində ən yaxşı gül rəsmi nominasiyası üzrə mükafatlandırılmışam. 9 Noyabr - Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə "Mənim bayrağım” rəsm müsabiqəsində iştirak etmişəm. Bu sıraya bir çox qatıldığım sərgi və müsabiqələr də daxildir: Beynəlxaq Ana Dili Günü, Gənclər Günü və s. 2013-cü ildə Berlindəki Berlin-Bakı Qalereyasında keçirilən Xocalı faciəsinə həsr olunmuş sərgiyə də qatılmışam. Mənim üçün əlamətdar olan günlər çoxdur. Bakı Limanının elan etdiyi yaradıcılıq müsabiqəsinin incəsənət kateqoriyası üzrə birinci yerə layiq görüləndə sevincimin həddi-hüdudu olmayıb...”

Rəssam Lalə Hüseynova əminliklə bildirdi ki, foto sənəti meydana gəlməmişdən rəssamlıq artıq məişətdən cəmiyyətə keçərək insanların xarakterini, təbiətin füsunkarlığını əks etdirirdi. Leonardo Da Vinçi, Mikelancelo, Botçelli, Rembrandt, Rubens... kimi klassiklərin yaratdığı sənət əsərləri yalnız təmsil etdikləri xalqın deyil, dünya mədəniyyətinin nadir inciləri hesab edilir: "Azərbaycan rəssamlıq məktəbi klassiklərinin də bu sənətin zirvəsini kəhkəşana döndərmələri barədə çoxsaylı dəyərli fikirlər var. Dünya incəsənətinə töhfələr vermiş rəssamlarımızın adları da əsərləri kimi uzunömürlüdür. Bəşər mədəniyyətinə rəssamlıq sənəti ilə misilsiz töhfələr vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov, Hüseyn Əliyev bu kimi klassiklərin yaratdıqları məktəb bu gün də layiqli davamçılarını hazırlayır”.


Vizual sənətin inciləri


Lalə klassikləri xatırlayıb özü barədə fikirlərini bölüşərkən səmimi etirafla bildirdi ki, rəssam və bir insan kimi formalaşmasında atasının böyük rolu olub: "O mənə vizual sənətin incilərini, rəssamlıqda peşəkar düşüncə formalarını, incəsənət tarixinin faktorlarını və təhlilini aşılayıb. Uşaqlığımda dediyi sözləri daim xatırlayıram: "Sənət çox zərifdir, çalışmasan, yaratmasan, o səni bağışlamayacaq”. Mən də bunu qulaqlarımda sırğa eləmişəm. Ona görə də hər eskizin bədii sənət əsərinə çevrilməsində həmin faktordan istifadəyə böyük önəm vermişəm”.

Rəssamın düşüncə tərzini inkişaf etdirən çox hallarda məhz ilham qaynağı olur. Lakin işləmə texnikası da şərt kimi qəbul edilir. Rənglərin palitrada qarışdırılması belə rəssam üçün ilham pərisinə çevrilə bilər. Bu baxır onun sənətə vurğunluq dərəcəsinə. Belə düşünən rəssamlardandır Lalə Hüseynova.

Gəncliyi öz sənət əsərləri ilə layiqincə təmsil edən Lalə xanım 2016-cı ildən Azərbaycan Rəssamlar İttifaqı Gənc Rəssamlar Birliyinin üzvüdür. Uğurlarından biri də 2017-ci ildə Gənclər və İdman Nazirliyinin Gənclər mükafatına layiq görülməsidir. Ötən il də gənc rəssam üçün yaddaqalan hadisələr az olmayıb. Məsələn, "Molla Nəsrəddin”lə bağlı keçirilən sərgi-müsabiqədə III yerə layiq görülüb.


"Ruhun zəfəri”nin qalibi


Bu il də Lalə xanım üçün uğurla başlayıb: aprel ayının 3-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi-müsabiqə keçirilib. Orada iştirak edən və mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Təsviri sənət fakültəsinin böyük laborantı Lalə Hüseynova da var idi. Həmsöhbətimiz deyir ki, həmin sərgi-müsabiqədə 130 nəfərdən çox peşəkar rəssamın rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət üzrə əsərləri nümayiş olunub. 10-15 may tarixlərində isə Bakıda keçirilən Cüdo üzrə Qran-pri yarışlarından öncə Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Milli Paralimpiya Komitəsinin "Ruhun zəfəri” mövzusunda elan etdiyi respublika plakat müsabiqəsində III yerin sahibi olub.

Rəssamlıqla yanaşı, Lalə Hüseynovanın digər bir qabiliyyəti də ona karyera qurmasında mühüm vasitəyə çevrilib. Belə ki, respublika üzrə "II mükəmməl pedaqoq-şəxsi inkişaf” layihəsində, həmçinin aprel ayının 20-21-də keçirilən Azərbaycan VI Beynəlxalq Psixologiya konfransında yüksək-səviyyəli iştirakına görə sertifikatlar alıb.

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM