Alternative content

01:55 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyənin gənclik və idman bayramı Gəncədə də qeyd edilib
Türkiyənin gənclik və idman bayramı Gəncədə də qeyd edilib
ANA SƏHİFƏ / İDMAN
00:35 08.06.2019


Gəncədə - Atatürkü anma, Gənclər və İdman Bayramı Günü qeyd edilib. Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyətinin təmsilçiləri, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Türkiyənin Gəncədəki Baş Konsulluğunun binası önündən Xan bağına yürüş ediblər.

Parkda günün mahiyyətini simvolizə edən çinar ağacı əkilib. Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk bu əlamətdar günün əhəmiyyətindən danışıb.

Qeyd edilib ki, 19 may 1919-cu ildə Mustafa Kamal Atatürk "Bandırma” (İstanbuldan hərəkət edən) gəmisi ilə Samsuna gəlib. Antanta dövlətlərinin işğalına qarşı olan Qurtuluş müharibəsinin başlanğıcı olaraq qəbul edilən bu günü Atatürk gənclərə hədiyyə edib. Həmçinin 19 may 1919-cu il Türkiyə tarixində Qurtuluş savaşının başlanğıcı hesab edilir.

Çıxış edənlər iki dövlət arasında tarixi əlaqələrdən, qardaşlıq münasibətlərindən söz açıb, bu əlaqələrin günü-gündən möhkəmləndiyini vurğulayıblar.

Tədbirdə Gəncə Dövlət Filarmoniyasının solistləri və Gəncə Dövlət Dram Teatrının aktyorları çıxış ediblər. Şəhərdə fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarının nümunəvi çıxışları izlənilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM