Alternative content

01:53 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vladimir Putin: Prezident Ərdoğanın mərdliyi sayəsində “Türkiyə axını” layihəsinin reallaşması yaxın günlərdə başa çatacaq
Vladimir Putin: Prezident Ərdoğanın mərdliyi sayəsində “Türkiyə axını” layihəsinin reallaşması yaxın günlərdə başa çatacaq
ANA SƏHİFƏ / DÜNYA
22:31 07.06.2019

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və mərdliyi sayəsində "Türkiyə axını” layihəsinin reallaşması yaxın günlərdə başa çatacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında səsləndirib.

Rusiya Prezidenti Rusiya xammalının Avropaya çatdırılmasını şaxələndirən yeni marşrutların tikintisindən danışarkən bildirib ki, "Şimal axını - 2” və "Cənub axını” layihələri ləng həyata keçirilir, yaxud onların reallaşması təxirə salınır.

O deyib: "Biz Türkiyə ilə "Türkiyə axını”nı inşa etmək barədə razılığa gəldik. Prezident R.T.Ərdoğanın siyasi iradəsi və mərdliyi, ölkəsinin suverenliyinin ən yaxşı xüsusiyyətlərini göstərməsi sayəsində biz hər şeyi yaxın bir neçə ayda başa çatdıracağıq. Artıq layihənin dənizdən keçən hissəsi reallaşıb. İndi ərazidə iş gedir, tezliklə onu başa çatdıracağıq. İndi Avropadakı tərəfdaşlarımız qazımızı başqa marşrutla alacaqlar. Əlbəttə, əgər istəsələr”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM