Alternative content

01:55 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sudanda iğtişaşlar zamanı 61 nəfər həlak olub
Sudanda iğtişaşlar zamanı 61 nəfər həlak olub
ANA SƏHİFƏ / DÜNYA
19:12 07.06.2019


Sudanın paytaxtı Xartumda Baş Qərargahın binasının yaxınlığında dinc etiraz aksiyası dağıdılarkən və iyunun 3-dən davam edən iğtişaşlar nəticəsində 61 nəfər həlak olmuşdur. Bu barədə Səhiyyə Nazirliyi məlumat vermişdir.

Aksiyaların dağıdıldığı təkcə ilk gündə 13 nəfər həlak olmuşdur. Bazar ertəsi, iyunun 3-də və sonrakı günlərdə morqlara 61 meyit gətirilmişdir. Bundan əlavə, həftənin əvvəlindən bəri daha 22 nəfər ölmüşdür. Onların bir qismi yol-nəqliyyat hadisələrində həlak olmuş, digərləri cinayərkarlar tərəfindən qətlə yetirilmiş, yaxud Nil çayında batmışdır.

Bu arada müxalifətçi "Sudan Həkimləri Komitəsi” məlumat vermişdir ki, hərbçilərin etiraz aksiyalarına müdaxiləsi və sonrakı iğtişaşlar nəticəsində ölənlərin sayı 113 nəfərə çatmışdır. Üç gün əvvəl komitə hərbçilərin Nil çayına atdığı 40 nümayişçinin meyitlərinin tapıldığını bildirmişdi.

Xatırladaq ki, aprelin 11-də Sudanın müdafiə naziri Avad bin Auf ölkədə hakimiyyətin Ali Hərbi Şuraya keçdiyini və Prezident Ömər Bəşirin həbs olunduğunu bildirmişdir. Sudanda ikiillik keçid dövrü və üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunmuşdur. Növbəti gün müdafiə naziri və Ali Hərbi Şurasının başçısı istefaya getmişdir. Aprelin 12-də general Əbdülfəttah Burhan Ali Hərbi Şurasının başçısı kimi and içmişdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM