Alternative content

16:50 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mərkəzi Elmi Kitabxana 5 illik fəaliyyətinə dair hesabat verib
Mərkəzi Elmi Kitabxana 5 illik fəaliyyətinə dair hesabat verib
ANA SƏHİFƏ / Elm və texnika
19:00 07.06.2019

İyunun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) yaradılmasının 95–ci ildönümü və yeni binasının istifadəyə verilməsinin 5 ilinə həsr olunmuş tədbir keçirilib. Tədbir MEK-in akademiya, oxucular və cəmiyyət qarşısında komanda hesabatı formatında təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə MEK-in respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik ən iri, universal təmayüllü, aparıcı elmi kitabxana olduğunu qeyd edib. O bildirib ki, zəngin tarixə malik elm və mədəniyyət ocağı AMEA sistemində bütün kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılmış məlumat-informasiya mərkəzi və ölkə miqyasında baş elmi-texniki informasiya müəssisəsidir.

MEK-in direktoru Leyla İmanova kitabxananın 2015-ci ildə müəyyən edilmiş məramı və strateji hədəflərinin icrasına dair məlumat verib. O, ölkəmizdə kitabxana-informasiya sisteminin dünya informasiya məkanına qoşulması və tanınması üçün elektron kataloqlaşdırmanın MARC 21 formatı əsasında qurulmasını və hazırlanan idarəetmə proqramlarının digər standartlara da cavab verdiyini vurğulayıb.

MEK-in direktoru qeyd edib ki, müasir dövrün tələblərinə cavab vermək istəyən kitabxana qlobal dünya kitabxanaları sisteminə inteqrasiya imkanına malik olmalıdır. O, yeni sistemə inteqrasiya olunmaq, oxucuları informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq məqsədilə kompüter texnikası əsasında qurulan informasiya texnologiyalarının mənimsənilməsi istiqamətində kitabxananın apardığı işləri diqqətə çatdırıb.

Tədbirdə MEK-in fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. Film ötən beş il ərzində görülən işlərə, MEK-in 2014-cü ildə növbəti 5 il üçün müəyyənləşdirdiyi strateji hədəflərə, əldə edilən nəticələr və bir çox yeniliklərə həsr olunub. Ötən illər ərzində kitabxananın ənənəvi formatdan müasir formata, informasiya resurslarının istehsalı və tətbiqi mərhələsinə keçdiyi vurğulanan filmdə MEK-in kitabxana fəaliyyəti və hesabatını kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə yönəltməsindən, "Milli Rəqəmsal Yaddaş”, "Sərbəst ensiklopedik resurslar” (Vikipediya), "Vahid İdarəetmə Sistemi” layihələrinin işlək vəziyyətə gətirilməsindən bəhs olunub. MEK-in qısa müddət ərzində yeni binaya köçürülməsindən, iki növbədə çalışan kitabxananın 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları və xarici ölkələrin nümayəndələrinə açıq olması haqqında məlumat verilib. Videomaterialda geniş elmi e-bazalara çıxışın təmin edilməsindən, MEK fondlarından, müxtəlif kolleksiyalardan, fondların ictimaiyyətə müntəzəm açıqlanmasından, Azərbaycan Mətbuat Şurası başda olmaqla ölkənin aparıcı mətbu orqanları, eləcə də digər təşkilatlarla əməkdaşlıqdan, yerli və beynəlxalq miqyaslı tədbirlərdən və 2019-cu ildə keçirilən xarici ekspertizadan söz açılıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısından danışıb. Müasir tələblərə cavab verən Mərkəzi Elmi Kitabxananın fəaliyyəti barədə ətraflı söz açıb.

Akademik İsa Həbibbəyli kitabxana fəaliyyətinin geniş spektrdə təmsil olunan oxucular da daxil olmaqla bütün göstəricilər üzrə inkişaf etdiyini, kitab fondunun əhəmiyyətli dərəcədə zənginləşdiyini diqqətə çatdırıb.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, akademik Yusif Məmmədəliyev adına Neft–Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Əməkdar elm xadimi, professor Tofiq Mustafazadə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov müasir avadanlıqlarla tam təchiz olunmuş, yeni standartların tələblərinə cavab verən kitabxananın fəaliyyətinin Azərbaycan elmi ictimaiyyəti üçün əhəmiyyətindən bəhs ediblər.

Sonda MEK-in əməkdaşları fəxri fərmanlarla təltif olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM