Alternative content

16:44 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müəllimlər və tələbələr arasında keçirilmiş müsabiqə və idman yarışlarının qalibləri mükafatlandırılıb
Müəllimlər və tələbələr arasında keçirilmiş müsabiqə və idman yarışlarının qalibləri mükafatlandırılıb
ANA SƏHİFƏ / Elm və texnika
18:59 07.06.2019

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalı, Bakı şəhəri ümumtəhsil məktəblərinin müəllimləri arasında beş idman növü üzrə yarışlar və ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışları keçirilib.

İyunun 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bədii yaradıcılıq müsabiqə-festivalı və idman yarışları qaliblərinin mükafatlandırılması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq müsabiqə-festivalının rəhbərlik etdiyi qurumun və Təhsil Nazirliyinin birgə qərarı ilə təşkil olunduğunu bildirib.

Qeyd olunub ki, tədbirin məqsədi tələbələri mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməklə asudə vaxtlarını daha səmərəli təşkil etməkdən ibarətdir.

Müsabiqə-festivalın yekun konsertində 16 ali, 10 orta ixtisas təhsili müəssisəsinin 200-dən çox tələbəsi iştirak edib.

Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri arasında beş idman növü üzrə təşkil olunan yarışlar ATİAHİ Respublika Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə qərarı ilə keçirilib. Bu yarışlarda Bakı şəhərinin ümumtəhsil məktəblərindən minə yaxın müəllim idmanın voleybol, şahmat, dama, minifutbol və stolüstü tennis növləri üzrə güclərini sınayıblar.

Ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışı isə ATİAHİ Respublika Komitəsi tərəfindən təşkil olunub. Üç mərhələdən ibarət yarışın respublika turunda 65 müəllim iştirak edib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova çıxış ediblər.

Sonra qaliblərə kuboklar, diplomlar və hədiyyələr təqdim olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM