Alternative content

08:03 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tovuzquşu təsərrüfatının sahibi: İstərdim ki, Hirkan Milli Parkında da bu quşlardan olsun
Tovuzquşu təsərrüfatının sahibi: İstərdim ki, Hirkan Milli Parkında da bu quşlardan olsun
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:59 07.06.2019

Astara sakini Murad Muradov 10 ildən çoxdur tovuzquşu təsərrüfatı yaradıb.
AZƏRTAC xəbər verir ki, təsərrüfatını Lənkəranda yaradan Murad Muradov 20 ildir quşçuluqla məşğuldur. Əvvəllər göyərçin, qırqovul və digər quşlar saxlayan Murad tovuzquşunu ilk dəfə İrandan alıb gətirib. Əvvəlcə tovuzquşularının sayını 5-ə, sonralar isə Rusiya və Türkiyədən müxtəlif cinslər alaraq 15-ə çatdırıb. O, bu işi özünün hobbisi hesab edir: "İxtisasca hüquqşünasam. İlk dəfə altı yaşımda göyərçin saxlamışam. Sonradan mən də həvəs yarandı ki, qeyri-adi, yəni tapılmayan quşları ölkəmizə gətirim. Beləcə çətinliklə də olsa, tovuzquşu təsərrüfatı yaratdım”.

Hazırda təsərrüfatında 50-dən artıq 8 növdə rəngbərəng müxtəlif tovuzquşu saxlayan müsahibimiz həssas və zərif olan bu canlıları əsasən günəbaxan toxumu, qarğıdalı və buğda ilə bəslədiyini deyir: "Tovuzquşunun gündəlik yemlənməsi üçün 1 aya bir quşa 30 manat xərcləyirəm. 25-30 ilə qədər ömrü var, bunların bala verməsi və bala alması çox çətin olur. Bu gördüyünüz quşları keçən il gətirmişəm. Bu il bala verib. Demək olar iqlimimizə uyğunlaşıb. Çalışacağam sayını daha da artırım”.

Həyətində "qaraqanad”, "sadə”, "Arlikin”, "ağ” və "Yava tovuzquşu” növləri saxlayan Murad Muradov onları satmır. Bu barədə müxtəlif bölgələrdən müraciət olunsa da, onun tovuzquşu təsərrüfatı yaratmaqda məqsədi başqadır. "Öz şəxsi zooparkımın olmasını istəyirəm. Mənə torpaq ayırsalar, belə bir zoopark qurardım. Tovuzquşlarının daha çox yaşadığı yer Hindistandır, bir də İndoneziya. Niyə də Azərbaycanda olmasın?! İstərdim ki, bizim Hirkan Milli Parkında, yəni Talış dağlarında da bu quşlardan olsun”.

Təbiətdə tovuzquşunun iki əsas növü var: adi və Yava tovuzquşları. Adi tovuzquşlarının tüklərinin və qanadlarının rəngi ağ, mavi, qəhvəyi, qara olur. Yava tovuzquşlarının isə 3 əsas növü məşhurdur, həm də qiyməti bahadır. Bunlarda biri də Muradın təsərrüfatında saxladığı Yava imperator cinsindən olan tovuzquşudur. Dünyada ən bahalı tovuzquşlarından hesab olunur. Qiyməti 5 min manatdan yuxarıdır.

Qeyd edək ki, hazırda Azərbaycanda iki təsərrüfatda Yava tovuzquşu saxlanılır. Biri Bakıda, biri də Muradın təsərrüfatında. Yava tovuzquşusu Ümumdünya Təbiəti Mühafizə Təşkilatı tərəfindən nəsli kəsilməkdə olan canlılar siyahısına daxil edilib.

Dünyanın ən gözəl quşu sayılan tovuzquşunun quyruğunda təxminən 200 lələk olur. Quyruğu böyük olsa da, bu quş 16 kilometr/saat sürətlə uça bilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM