Alternative content

04:17 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa əhalisinin 29 faizi ömründə azı bir dəfə narkotik vasitələrdən istifadə edib
Avropa əhalisinin 29 faizi ömründə azı bir dəfə narkotik vasitələrdən istifadə edib
ANA SƏHİFƏ / DÜNYA
13:35 07.06.2019

Avropa əhalisinin 29 faizi (15-64 yaş arası 96 milyon nəfər) ömründə azı bir dəfə narkotik vasitələrdən qeyri-qanuni istifadə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqının narkotik vasitələr üzrə hesabatında yer alıb. Hesabata görə, Aİ ərazisində kokain istehlakı rekord həddə çatıb, 2017-ci ildə hüquq-mühafizə orqanları vətəndaşlardan 140 ton kokain götürdükləri halda, 2016-cı ildə bu göstərici iki dəfə az olub. Artıq qeyri-leqal şəbəkələr o dərəcədə fəaliyyətlərini genişləndiriblər ki, xüsusi nömrələrə zəng etməklə ("darknet" birjaları və ya "kokain çağrı mərkəzləri") narkotik vasitələri sifariş vermək də mümkündür.

Hesabatda qeyd edilir ki, narkotik vasitələrdən istifadə artsa da, narkomaniyadan dünyasını dəyişənlərin sayı sabit qalıb. 2017-ci ildə 9461 nəfər narkotika istehlakından ölüb. Bu statistikada Böyük Britaniya acınacaqlı birinci yeri tutur, Aİ üzrə ölüm hallarının 34 faizi yalnız bu ölkənin payına düşür. Sonrakı yerdə isə 13 faizlə Almaniya dayanır. Ölüm hallarının dörddəüçü heroin istifadəsi nəticəsində baş verir.
Hesabatda, həmçinin qeyd edilib ki, kokain istehlakının azalması ilə yanaşı, sintetik narkotiklərin istehlakı artıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM