06 Iyun 2019 22:28
588
CƏMİYYƏT
A- A+

Gender bərabərliyi sahəsində Azərbaycan –UNESCO birgə layihələri müzakirə olunub


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Parisdə UNESCO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Corat, Avropa Parlamentinin keçmiş deputatı, siyasətçi Patrisia Lalond ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Hicran Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinin inkişafında müstəsna rolunu vurğulayaraq, onun quruma verdiyi töhfələrdən söz açıb.

AZƏRTAC xəbər verir ki, görüşdə Dövlət Komitəsi və UNESCO-nun birgə həyata keçirdiyi "Gender bərabərliyi və mediya”, "Qaçqın və məcburi köçkün qadınlara qarşı məişət zorakılığının qarşısının alınması” və "Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının gücləndirilməsi” kimi layihələrindən, əldə olunan nailiyyətlərdən danışılıb. Ölkəmizdə elm sahəsində qadınların tutduğu mövqe, texniki sahədə onların sayının artdığı diqqətə çatdırılıb.

Gender məsələsinin UNESCO-nun da prioritetlərindən olduğu nəzərə alınaraq, gələcəkdə bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi müzakirə olunub. UNESCO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Corat Pekin platformasının 25 illiyi münasibəti ilə BMT-də birgə layihə həyata keçirilməsi təklifini irəli sürüb. Bu tədbir vasitəsi ilə ölkəmizdə gender bərabərliyi sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına dair fikir mübadiləsi aparılıb.

Görüşlərdə H.Hüseynova, ölkəmizdə gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının müdafiəsi, qadın sahibkarlığının genişləndirilməsi və ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verib, sözügedən sahə üzrə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video