Alternative content

00:02 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
18:04 18.06.2019 Çində güclü zəlzələ
18:04 18.06.2019 Platini həbs olundu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parisdə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiya Tərəflərinin Konfransının sessiyası işə başlayıb
Parisdə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiya Tərəflərinin Konfransının sessiyası işə başlayıb
ANA SƏHİFƏ / Mədəniyyət
17:01 06.06.2019

Parisdə UNESCO-nun baş qərargahında "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, sessiyanın açılışında Konfransın sədri (Burkina-Faso), 4 sədr müavinləri (Almaniya, Serbiya, Salvador, Fələstin) və məruzəçi (Kamboca) seçilib.

Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Konvensiyanın tətbiqi üzrə ümumi debatlarda çıxış edərək, UNESCO-nun dünyada sülhün təşviqində rolu məsələsinə toxunub, multikulturalizm mərkəzi olan Azərbaycanın mədəni özünüifadə müxtəlifliyi sahəsində uğurla gördüyü işlərdən danışıb.

1992-ci ildən UNESCO-nun üzvü olan ölkəmizin bu təşkilatın fəaliyyət dairəsinə aid bütün sahələrdə geniş əməkdaşlıq əlaqələri qurduğuna toxunan S.Məmmədəliyeva müxtəlif mədəniyyətlərin və dinlərin mehriban birgəyaşayışını və harmoniyanı formalaşdıran Azərbaycan modelindən söz açıb. Ölkəmizdə yaşayan 15-dən çox etnik qrupun nümayəndələrinin mədəni dəyərlərini yaratmaq və istifadə etmək hüququnun Konstitusiya ilə təmin olunduğu xüsusi vurğulanıb. Ölkəmizin sosial həmrəyliyə töhfə verən əsas amillərdən olan "fərqlilikdə birlik” ideyasının tətbiq edilməsinin nadir nümunəsi olduğu vurğulanıb.

Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən katolik, pravoslav kilsələrdən, sinaqoqlardan, müxtəlif etnik azlıqların dilində tamaşalar qoyan teatrlardan, televiziyada yayımlanan verilişlərdən, keçirilən mədəni tədbirlərdən də danışılıb.

2013-cü ildə Azərbaycan və UNESCO arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişinə toxunan nazir müavini, Azərbaycan-UNESCO Etimad Fondu tərəfindən Afrikada təhsil, mədəniyyətlərarası dialoq, elm, innovasiya sahələrində həyata keçirilən layihələr haqqında məlumat verib.

S.Məmmədəliyeva sessiya çərçivəsində Banqladeş və Burkina Fasonun mədəniyyət nazirləri ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub. Nümayəndə heyətimizin rəhbəri italiyalı ekspert Pietro Laureano ilə mədəni irsin qorunması sahəsində də fikir mübadiləsi aparıb.

İyunun 7-dək davam edəcək sessiya çərçivəsində mədəni sahibkarlığın gücləndirilməsi, sənət adamlarının statusuna yenidən baxılması, ticarət axınlarının balanslaşdırılması kimi mövzular ətrafında müzakirələr aparılacaq. Sessiyanın sonunda 2019–2023-cü illər üçün "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyanın Hökumətlərarası Komitəsinə seçkilər keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Şərqi Avropa qrupundan öz namizədliyini bu Komitəyə irəli sürüb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM