05 Iyun 2019 15:15
666
CƏMİYYƏT
A- A+

Ramazan bayramı münasibətilə Yasamalda təşkil edilən yarmarkada yüksək alıcı fəallığı müşahidə olunur


İyunun 5 –də Ramazan bayramı münasibətilə Bakının Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsində, 225 saylı orta məktəbin qarşısında "Kənddən şəhərə” yarmarkası təşkil edilib.

AZƏRTAC xəbər verir ki, yarmarkada respublikanın müxtəlif rayonlarından gəlmiş fermerlər özlərinin istehsal etdikləri məhsulları satışa çıxarıblar. Yarmarkada alıcılara mal, qoyun, quş əti, süd və süd məhsulları, müxtəlif ərzaq məhsulları bazar qiymətlərindən təqribən 20-30 faiz ucuz təklif olunur.

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova jurnalistlərə müsahibəsində bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə Ramazan bayramı münasibətilə Nizami və Yasamal rayonlarında "Kənddən şəhərə" yarmarkası təşkil olunub. İkigünlük yarmarkada fermerlərimiz ödənişsiz şəkildə iştirak edirlər. Yarmarkada iştirak etmək üçün fermerlərə lazım olan geyim və avadanlıqlar təqdim edilib.

Bölgələrimizdən gəlmiş 100-ə yaxın fermer öz məhsullarını yarmarkaya gətirib. Quba, Xaçmaz, Şamaxı, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və digər rayonlardan olan fermerlər burada öz məhsullarının satışını təşkil ediblər.

Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun yarmarka ərazisində səyyar laboratoriyaları satışa çıxarılan bütün məhsulların yoxlanışını həyata keçirib. Bu cür yarmarkaların təşkilində əsas məqsəd qiymət artımının qarşısının alınması və sosial vəziyyəti aşağı olan vətəndaşların zəruri kənd təsərrüfatı məhsulları ilə təmin edilməsidir.

Bakı sakini Güləfsan Mahmudova AZƏRTAC-a müsahibəsində bildirib ki, Ramazan bayramı ərəfəsində təşkil olunan bu cür yarmarkalar alıcılar üçün çox sərfəlidir.

Yarmarka iyunun 6-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video