Alternative content

02:25 21 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:50 21.06.2019 Xanım maestro
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Bakıya şöhrət, bakılılara qürur bəxş edib
Prezident İlham Əliyev Bakıya şöhrət, bakılılara qürur bəxş edib
ANA SƏHİFƏ / SİYASƏT
02:34 05.06.2019


Müasir Bakı yaraşığı, gözəlliyi və Qərblə Şərqin sintezindən doğan bənzərsiz memarlıq nümunələri ilə dünyanın əksər paytaxtlarını ötüb keçib. Artıq bu, reallıqdır.

Əcnəbilərin özləri belə, Bakını çəkinmədən Milandan, Parisdən və dünyanın digər tanınmış şəhərlərindən üstün sayırlar. Bakıya aşiq olanların, onun üçün darıxan, onunla görüşə can atan turistlərin sayı bu gün on minlərlə, hətta yüz minlərlə ölçülür.

Bir çox beynəlxalq memarlıq müsabiqələrinin qalibi, istedadlı memar İlqar Əliyev təxminən 10-15 il əvvəl israrla deyirdi ki, Bakıda möhtəşəm parklar salınacaq, paytaxtın görkəmi büsbütün dəyişəcək. İnanmaq olmurdu, çünki o illərdə bir tikinti bumu var idi, sahibkarlar, əsasən, yaşayış binalarının tikintisinə güc verirdilər. Təsəvvürə də gəlməzdi ki, vaxt gələcək kimsə parkların salınmasına üstünlük verəcək. Bunu dövlət başçısı etdi. Onun tövsiyəsi ilə kiçik xiyabanların, böyük parkların salınması nəinki paytaxtda, bütün ölkədə vüsət aldı. Dənizkənarı bulvar Milli Parka çevrildi, ərazisi bir neçə dəfə artdı, paytaxtın bütün rayonlarında neçə-neçə kiçik və böyük xiyabanlar salındı. Bu gün Bakı doğrudan da dünyanın ən gözəl, rahat və təhlükəsiz şəhərlərindən biridir. Mayın 22-də yeni parkın açılışı isə nəinki Bakının, hətta dünya memarlığının tarixində baş verən unikal hadisəyə çevrildi.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin gün Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak etmişlər.

Xatırladaq ki, dövlət başçısının birbaşa göstərişlərinə uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən keçmiş "Sovetski” adlanan ərazidə abadlıq və yenidənqurma işlərinə 2013-cü ilin noyabr ayında start verilmişdi. O vaxtdan gərgin əməyin sayəsində reallaşmaqda davam edən bu layihə əsasında ərazidə unikal abadlıq işləri görülüb, müasir landşaft memarlığının incəliklərini özündə əks etdirə bilən nadir istirahət parkı salınıb.

Bakı dünyanın məşhur memarlarının təfəkkür və istedadından bəhrələnərək sakinlərinə və qonaqlara yeni və heyrətamiz memarlıq nümunələrini təqdim etməkdə davam edir. Mübaliğəsiz deyə bilərik ki, paytaxtla bağlı bütün ideyaların müəllifi Azərbaycan Prezidentinin özü, onun islahatçı ruhu və yorulmadan çalışmaq bacarığıdır.

Bu dəfə Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi yeni açılan Mərkəzi Park Nəriman Nərimanov prospektindən Heydər Əliyev Sarayınadək olan ərazidə unikal memarlıq ansamblı təqdim edə bilmişdir. Layihənin əsas məqsədi şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etməkdir.

Amma burada mütləq keçmişə qayıtmaq, Bakı ilə bağlı bəzi faktları xatırlamaq vacibdir. Biz ölkənin baş şəhərinə, onun bugünkü simasına alışmışıq və hər şey bizə adi gəlir. "Sovetski” deyilən ərazinin keçmişi bəlkə də çoxlarının yadında deyil. Yerli-dibli unutduğumuz, xüsusən də gənc nəslin bilmədiyi ciddi məqamlar mövcuddur.

Köhnə Bakı neft istehsalı artdıqca sürətlə böyüyürdü. "Sovetski” adını daşıyan bu ərazidə isə ötən əsrin əvvəlində baş verən cinayətlərin sayı-hesabı yox idi. Müəyyən mənbələri vərəqləsək görəcəyik ki, Bakıda küçələrdə döyülənləri, talananları saymasaq, yalnız qətlə yetirilənlərin sayı ildə 500 nəfəri keçirdi. Neft istehsalı gücləndikcə dünyanın hər yerindən bu şəhərə iş adamları, fəhlələr axışırdı. Şəhərin milli tərkibi sürətlə dəyişirdi. Bakı varlandıqca, pullu adamların sayı artdıqca dünyanın hər yerindən buraya qatı cinayətkarlar da sel kimi axıb gəlirdi. Onlar öz dəstələrini yaradır, varlı adamları oğurlayıb pul qoparırdılar. Cinayətkar aləmin nüfuzlu nümayəndələri Bakıda "razborka”lar aparır və yeri gələndə heç kimdən çəkinmirdilər. Qoçular isə ayrı bir aləm idi. Azərbaycanlı "piştonçu”larla erməni "mauzerist”ləri arasında toqquşmaların sayı-hesabı olmazdı. Bu azmış kimi, bolşeviklərin quldur dəstələri də Bakıda at oynadırdı. Belə dəstələrdən birinə başçılıq edən Stalin kriminal Bakının cinayətkar aləmində ağalıq etmək üçün dəridən-qabıqdan çıxırdı. O, yeri gələndə quldur dəstəsinin üzvləri ilə polis geyimində limanda Rusiyaya yola düşən gəmiləri talan edib aradan çıxa bilirdi. Onun qazandığı pullar bolşeviklərin xəzinəsinə göndərilirdi.

Elə sovet hakimiyyəti illərində də, İkinci Dünya müharibəsindən sonra da hər kənddən gələn "Sovetski”dən keçib getməyə ürək etməzdi. Dar küçələr, birmərtəbəli evlər, tinlərdə ağalıq edən "qədeş”lər buranın ayrı qanunlarla idarə olunduğunu sübut edirdi.

Əmim İkinci Dünya müharibəsinin iştirakçısı kimi alverlə ailəsini dolandırardı. Alverçilərə qarşı sovet sistemi sərt olsa da, əmimə müharibə iştirakçısı olduğuna görə toxunmazdılar. Amma "Passaj” bazarına mal gətirəndə "Sovetski”nin "qədeş”ləri kürəklərinə kisə atıb sürücünü xamlamışdılar ki, İmanqulu kişinin kisələrini at dalımıza. Sürücü də elə bilmişdi ki, malı boşaldan fəhlələrdir. Əmim əməlli- başlı ziyana düşmüşdü.

Kəndimizdə Saatmirzə adında kişi var idi. Bir dəfə müharibədən sonra Bakıya gəlir. "Sovetski”dən keçəndə "qədeş”lər üstünə bıçaq çəkir ki, ciblərini boşalt. Saatmirzənin cibindən pul çıxmır, qeyzlənən "qədeş”lər pencəyini alırlar və görürlər ki, astarı yamaqlıdır. Dirəşirlər ki, ayaqqabını çıxar. Onların da altı yırtıq olur. Tutub Saatmirzənin qulağının dibindən çərtirlər ki, "qulağında sırğa elə, bundan sonra Bakıya gələndə əyin-başını dəyiş, cibinə də pul qoy”. Ondan sonra Saatmirzə ölənədək Bakıya gəlməyə ürək etmədi.

Buralarda adamı soymaq, cibini boşaltmaq, başındakı papağı "bu nə papaqdı, ələ, başına qoymusan?” - deyib dama atmaq qayda idi. Damda oturan "lotu”lar da papağı götürüb qaçardılar. Gəl, indi kiməsə sübut et ki, səni soydular, taladılar. Bütün bu dediklərimiz keçmişin uzaq xatirələridir.

Müasir Bakı artıq uzun illərdir ki, dünyanın ən gözəl, sakit və təhlükəsiz şəhəri titulunu qazanıb. "Sovetski”nin arxivə silinməsi isə Bakını bir paytaxt kimi kübar şəhərə çevirib. Artıq "Sovetski” adlı bir ərazi yoxdur. Əvəzində 20 hektarlıq sahəni əhatə edən Mərkəzi Park var. Onun 14 hektarında yaşıllıq salınıb, 2100-dən çox 19 növdə ağac və 137 mindən artıq gül və kol bitkiləri əkilib. Parkın yaşıllaşdırma işləri aparılarkən flora və iqlim mühiti təhlil edilərək əraziyə uyğun bitki və ağaclara üstünlük verilib. Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasında ilin bütün fəsilləri nəzərə alınıb. Parkda yaşıllıqları suvarmaq üçün müasir sistemlərə uyğun olaraq 6,5 kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilib. Bundan başqa, Mərkəzi Parkın ərazisində drenaj xətlər də çəkilib. Ümumilikdə Mərkəzi Parkın inşası ilə Füzuli meydanının ətraf ərazilərində Bakının "ağciyəri” hesab olunan yeni yaşıllıq zolağı salınıb. Bununla Prezident İlham Əliyevin "Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 4 avqust tarixli, "Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında” 2016-cı il 5 avqust tarixli sərəncamlarının icrası olaraq "Təzəpir məscidi kompleksini ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi tam yekunlaşıb.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM