Alternative content

07:57 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Məhkəmələr və hakimlər haqqında” qanuna yeni “Kommersiya məhkəmələri” adlı VIII-I fəsil əlavə olunur
“Məhkəmələr və hakimlər haqqında” qanuna yeni “Kommersiya məhkəmələri” adlı VIII-I fəsil əlavə olunur
ANA SƏHİFƏ / PARLAMENT
02:28 05.06.2019


İyunun 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli gündəliyə dörd məsələnin daxil olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən bu yaxınlarda "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalanıb. Fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına rəvac verib və bu sahədə islahatların daha da dərinləşdirilməsini zəruri edib. Fərmanın vacib məqamlarından biri 3.1-ci maddə idi. Burada sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə ixtisaslaşdırılmış məhkəmənin yaradılması ilə bağlı məsələ qoyulub. Məqsəd sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etməkdən ibarət idi. Müzakirəyə təqdim olunmuş layihələr məhz bu tövsiyələrin icrası ilə bağlıdır.

Sonra qanun layihələrinin mahiyyəti barədə məlumat verilib. Bildirilib ki, "Məhkəmələr və hakimlər haqqında” qanuna yeni "Kommersiya məhkəmələri” adlı VIII-I fəsil əlavə olunur. Burada Kommersiya məhkəməsi və onun səlahiyyətləri, Kommersiya məhkəməsinin təşkili, tərkibi, məhkəmə sədrinin, sədr müavininin səlahiyyətləri kimi məsələlər təsbit olunub. Əlavədə deyilir ki, Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Eyni zamanda, məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, qanunla ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. Qeyd edilir ki, Kommersiya məhkəməsi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. Kommersiya məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.

Qanuna edilən digər düzəlişlərə əsasən, 53 və 62-ci maddələrin birinci hissələrində "inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan” sözləri "inzibati kollegiyadan, kommersiya kollegiyasından və cinayət kollegiyasından” sözləri ilə əvəz edilir. 61 və 77-ci maddələrin birinci hissələrində "və iqtisadi mübahisələrə” sözləri "mübahisələrə və kommersiya mübahisələrinə” sözləri ilə əvəz edilir. 78-ci maddənin üçüncü hissəsində "inzibati-iqtisadi kollegiya, cinayət kollegiyası və hərbi kollegiya” sözləri "inzibati kollegiya, kommersiya kollegiyası və cinayət kollegiyası” sözləri ilə əvəz olunur. Eyni zamanda, qanunun 83-cü maddəsinə edilən əlavəyə görə, Ali Məhkəmənin sədri aidiyyətə dair mübahisələrə baxılması üçün Ali Məhkəmənin müvafiq kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibləri müəyyən edir.

Mülki Prosessual Məcəllədəki dəyişikliklərə dair bildirilib ki, sənədin 26-cı maddəsi yeni redaksiyada verilib. Bu maddədə mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti ilə bağlı məsələlər təsbit edilir. Qeyd olunur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında Kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri, habelə məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda məcəllənin 35 və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə, qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

İclasda yuxarıda göstərilən sənədlərdə, həmçinin Cinayət-Prosessual Məcəlləsində və İnzibati Prosessual Məcəlləsində təklif olunan uyğunlaşdırma xarakterli dəyişikliklər də nəzərdən keçirilib.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM