Alternative content

08:01 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarixdə qalan büdcə
Tarixdə qalan büdcə
ANA SƏHİFƏ / PARLAMENT
02:28 05.06.2019


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 4-də keçirilən iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (ikinci oxunuş), "Aqrar sığorta haqqında” qanun layihəsi (ikinci oxunuş) və "Dövlət rüsumu haqqında”, "Sığorta fəaliyyəti haqqında” və "Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub.

Komitənin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı 2018-ci ilin büdcəsini tarixdə qalan büdcə adlandırdı.

Hesabata əsasən 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 149 milyon manat proqnoza qarşı 22 milyard 508,9 milyon manat və ya 101,6 faiz təşkil etmişdir. Bu da 2017-ci illə müqayisədə 36,3 faiz çoxdur. Xərclərə gəldikdə, 2018-ci ildə ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və infrastruktur layihələrinin reallaşdırılması, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi, dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, kənd təsərrüfatının stimullaşdırılması, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi və digər zəruri dövlət tədbirlərinin icrası üçün maliyyə təminatının yaradılması diqqətdə saxlanılıb.

Ötən il dövlət büdcəsinin xərcləri 23 milyard 100 milyon manat proqnoza qarşı 22 milyard 731,6 milyon manat və ya 98,4 faiz icra edilib. 2018-ci il dövlət büdcəsi xərclərinin 50,8 faizi cari xərclərə (2017-ci illə müqayisədə 5,9 faiz çox), 39,4 faizi əsaslı xərclərə (2017-ci illə müqayisədə 1,7 dəfə çox), 9,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. Ötən il büdcə xərclərinin 31,7 faizi sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2017-ci ildə olduğundan 7,6 faiz çoxdur.

Müzakirələrdə çıxış edən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Aydın Hüseynov fikir və təkliflərini səsləndirdilər. Sənəd Milli Məclisin növbədənkənar iclasına tövsiyə edildi.

Sonra "Aqrar sığorta haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarıldı. Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, sənədin birinci oxunuşu zamanı deputatların irəli sürdükləri bütün təkliflər nəzərə alınıb və layihəyə əlavələr edilib. İclasda həmçinin "Sığorta fəaliyyəti haqqında”, "Dövlət rüsumu haqqında” və "Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə edilən dəyişikliklər də komitə üzvləri tərəfindən müsbət qarşılandı. Müzakirələrdən sonra sənədlər növbədənkənar iclasa tövsiyə olundu.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM