Alternative content

01:12 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
00:37 24.08.2019 Bir bağbanın hekayəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aqrar sığorta könüllü olacaq
Aqrar sığorta könüllü olacaq
ANA SƏHİFƏ / PARLAMENT
02:28 05.06.2019


Milli Məclisin növbədənkənar iclasında "Aqrar sığorta haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Sənəd dünən parlamentin Aqrar siyasət komitəsinin iclasında geniş müzakirə olunub.

Komitənin sədri Eldar İbrahimov bildirib ki, yeni qanun layihəsi aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. 4 fəsil, 21 maddədən ibarət olan sənədin üzərində müvafiq strukturlarla birlikdə təkmilləşdirmələr aparılıb. Qanun layihəsinin birinci oxunuşu zamanı deputatlar tərəfindən bir sıra təkliflər irəli sürülüb. Həmin təkliflər də ikinci oxunuşda nəzərə alınıb.

Layihənin mütərəqqi olduğunu deyən Eldar İbrahimov bildirdi ki, qanunun qəbulu Azərbaycan iqtisadiyyatının, kənd təsərrüfatının, sahibkarlığın inkişafına müsbət təsir göstərəcək. Sənədin qəbulu həm ölkə iqtisadiyyatı, həm iş adamları, həm də fermerlər üçün uğurlu olacaq. Çünki iş adamları zərərə uğrayacaqları halda, özlərinin hüquqi təminatını əldə etmiş olacaqlar. Özü də aqrar sığorta sahibkarlar, fermerlər üçün könüllü əsaslarla həyata keçiriləcək.

Sonra iclasda "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, "Dövlət rüsumu haqqında”, "Baytarlıq haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.

Qeyd olundu ki, "Baytarlıq haqqında” və "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlara edilən dəyişiklik dövlət baytarlıq xidməti ilə dövlət baytarlıq nəzarətinin bir-birindən fərqləndirilməsi və onların sərhədlərinin dəqiq müəyyən edilməsini nəzərdə tutur. Bununla da bu sahədə fəaliyyət göstərən orqanların, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin səmərəliliyi artacaq. Bu məqsədlə dövlət baytarlıq xidmətinin əhatə dairəsini müəyyən edən yeni maddə əlavə edilir. Dövlət baytarlıq xidməti bilavasitə kənd təsərrüfatı sahəsi olan heyvandarlığın inkişafına, dəstəklənməsinə, heyvan xəstəlikləri ilə mübarizə aparılmasına yönəlib.

Müzakirələrdən sonra hər iki sənəd Milli Məclisin növbədənkənar iclasına tövsiyə edildi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM