Alternative content

19:25 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bələdiyyələrin səlahiyyəti artırılır
Bələdiyyələrin səlahiyyəti artırılır
ANA SƏHİFƏ / PARLAMENT
02:28 05.06.2019


Milli Məclisin Regional məsələlər komitəsinin iyunun 4-də keçirilən iclasında "Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunub.

Müzakirələr zamanı komitə sədri Arif Rəhimzadə bildirib ki, "Bələdiyyələrin statusu haqqında” qanun layihəsinə 49-1-ci maddə əlavə edilir. Həmin maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.

Qanun layihəsinin 10-1-ci maddəsinə də əlavələr edilib. Belə ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.

Komitə üzvlərindən Fəzail İbrahimli, Kamran Bayramov, Rüstəm Xəlilov, Azər Badamov, Cavid Osmanov əlavə və dəyişiklikləri müsbət qiymətləndirdilər. Qeyd edildi ki, əlavələr bələdiyyələrin fəaliyyətinin daha da genişlənməsinə xidmət edəcək.

Sonra iclasda "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş), "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Büdcə sistemi haqqında”, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, "Banklar haqqında”, Mühasibat uçotu haqqında” və "Mərkəzi Bank haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş) müzakirə olundu. Bildirildi ki, adıçəkilən sənədlərə edilən dəyişikliklər texniki və uyğunlaşdırma məqsədi daşıyır.

Müzakirəyə çıxarılan qanun layihələri Milli Məclisin növbədənkənar iclasına tövsiyə edildi.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM