Alternative content

04:13 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məktəblər arasında respublika çempionatının qalibləri mükafatlandırılıb
Məktəblər arasında respublika çempionatının qalibləri mükafatlandırılıb
ANA SƏHİFƏ / Təhsil
01:59 05.06.2019


İyunun 4-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında məktəblər arasında respublika çempionatı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müvafiq qurumların əməkdaşlarının, Milli Məclisin deputatlarının, tanınmış idmançıların, təhsil müəssisələri rəhbərlərinin, müəllim və şagirdlərin iştirak etdikləri tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

AZƏRTAC xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov ölkəmizdə təhsilin və idmanın inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Təhsilin keyfiyyətinin yüksəldilməsində təhsilalanların sağlamlığının əhəmiyyətini qeyd edən nazir sağlam həyat tərzini təşviq edən layihələrin dəstəkləndiyini deyib.

Gənclər və idman naziri Azad Rəhimov idman sahəsində qazanılan uğurlardan danışıb, məktəblər arasında keçirilən respublika çempionatı ilə bağlı fikirlərini bildirib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafında məktəb idmanının əhəmiyyətini qeyd edərək birgə əməkdaşlığın şagirdlər arasında Olimpiya hərəkatının təşviq edilməsində xüsusi rol oynayacağını söyləyib.

Azərbaycan Məktəb İdmanları Federasiyasının (AMİF) prezidenti Sevinc Hüseynova AMİF tərəfindən reallaşdırılan layihələrdən danışıb, gələcəkdə çempionat çərçivəsində keçirilən oyunlarda qalib məktəblərin komandalarının beynəlxalq yarışlarda iştirakına dəstək göstəriləcəyini bildirib.

Sonra qaliblər və çempionat çərçivəsində fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində I, II, III yerlərə layiq görülmüş ümumtəhsil məktəbləri təltif olunub. Çempionatın ümumi nəticələrinə görə I yerə layiq görülən ümumi təhsil müəssisəsinə keçici kubok təqdim edilib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib.

Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 2018-ci il sentyabrın 26-da imzalanan Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmri ilə keçirilib. Çempionatın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində oxuyan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana marağının artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir.

Çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (II-IV siniflər), atletika (V-VII siniflər), voleybol (qızlar, VII-IX siniflər), basketbol (oğlanlar, IX-XI siniflər) idman növləri üzrə iştirak ediblər. Ümumilikdə yarışlarda iştirak üçün 4 idman növü üzrə 2 min 397 məktəb, 202 min 248 şagird qeydiyyatdan keçib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM