05 Iyun 2019 01:27
617
DÜNYA
A- A+

Roma Papası Rumıniyada qaraçılardan üzr istədi


Rumıniyaya səfəri başa çatan Roma Papası Fransisk Alba qəzasının Blaj şəhərində çıxış etmişdir. "Röyter” agentliyinin verdiyi xəbərə görə, papa yüzillər boyu həyata keçirilmiş ayrı-seçkilik və alçaltmaya görə katolik kilsəsi adından qaraçılardan üzr istəmişdir.

Qaraçılar Avropada əsrlər boyu repressiyaya və təqibə məruz qalmışlar. Tarixi xronikalara və sənədlərə əsasən, yüz minlərlə qaraçı Holokost illərində öldürülmüşdür.

Hazırda Avropa qaraçıları əsasən qitənin cənubunda və mərkəzində məskunlaşmışlar. Onlar təkcə Rumıniyada əhalinin təxminən 10 faizini təşkil edirlər. Əksəriyyəti yoxsul vəziyyətdə yaşayan qaraçılar ayrı-seçkiliyi dəf edərək iş yerləri uğrunda mübarizə aparmaq məcburiyyətindədirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video