Alternative content

07:30 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Paralimpiya Komitəsi beynəlxalq əlaqələrini genişləndirir
Azərbaycan Milli Paralimpiya Komitəsi beynəlxalq əlaqələrini genişləndirir
ANA SƏHİFƏ / İDMAN
01:22 05.06.2019


Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas ilə görüşüb. AMPK-dan AZƏRTAC-a bildiriblər ki, İ.Rəhimov komitənin fəaliyyəti barədə səfirə geniş məlumat verib. O qeyd edib ki, 1996-cı ildə yaradılan komitənin sıralarında 16 idman növü üzrə minlərlə idmançı birləşib. Bu illərdə komitə böyük bir ictimai hərəkata çevrilib. İdmanla yanaşı, əlillərin cəmiyyətə inteqrasiyası, sosial həyatı və reabilitasiyası ilə bağlı məsələlərə də diqqət ayrılır.

İ.Rəhimov Uşaq Paralimpiya Komitəsi barədə də səfirə məlumat verib. Bildirilib ki, əlilliyi olan uşaqlar bu gün idman vasitəsilə cəmiyyətə inteqrasiya olunur. İndiyədək ölkədə dörd Uşaq Paralimpiya Oyunları keçirilib. Sonuncu oyunlarda Gürcüstandan da paralimpiyaçı uşaqlar dəvət olunublar. Gələcəkdə bu prosesin beynəlxalq tədbirə çevrilməsi istiqamətində işlər görülür.

Səfir K.Yankauskas AMPK-nın fəaliyyətini maraqla qarşılayıb və görülən işlərin əhəmiyyətini vurğulayıb. O deyib ki, Avropa İttifaqı dövlət qurumları və Heydər Əliyev Fondu ilə birgə layihələr həyata keçirib. Avropa İttifaqı ölkəmizdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində də layihələr həyata keçirməkdə maraqlıdır. Tvinninq və TAEX proqramları bu cür layihələrin həyata keçirilməsi üçün vasitə ola bilər.

Görüşün sonunda birgə layihələrin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə edilib.

AMPK-nın ofisində keçirilən görüşdə komitənin birinci vitse-prezidenti Natiq Qasımov, vitse-prezident İlham Zəkiyev, baş katib Kamal Məmmədov və komitənin əməkdaşları iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM