Alternative content

06:44 19 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Polşa: Əldə olunan razılaşmalar iqtisadi əməkdaşlığın getdikcə genişlənməsinə zəmanət verir
Azərbaycan-Polşa: Əldə olunan razılaşmalar iqtisadi əməkdaşlığın getdikcə genişlənməsinə zəmanət verir
ANA SƏHİFƏ / SİYASƏT
01:40 04.06.2019


Azərbaycan və Polşa arasında əlaqələr çoxşaxəlidir. Belə ki, bu iki ölkə siyasi, iqtisadi və digər sahələrdə yaxından əməkdaşlıq edirlər. Son illərdə bu əlaqələr daha da intensivləşmişdir. İqtisadiyyatın bir çox sahələrində mövcud olan geniş imkanlar əməkdaşlığın və tərəfdaşlığın getdikcə genişlənməsinə şərait yaratmışdır. Bu mənada Polşa Prezidenti Andjey Dudanın ölkəmizə rəsmi səfəri, eləcə də Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumu mühüm əhəmiyyət kəsb edir.

İstər Azərbaycan və Polşa nümayəndə heyətlərinin görüşlərində, istər hər iki ölkənin prezidentlərinin mətbuata bəyanatlarında, istərsə də biznes forumda iqtisadi əlaqələrin perspektivli olduğu vurğulanmışdır. Prezidentlər İlham Əliyevin və Andjey Dudanın iştirakı ilə bir sıra Azərbaycan-Polşa sənədlərinin imzalanması isə iqtisadi əlaqələrin inkişafında əməli addım olmuşdur. "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında fitosanitariya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Kənd Təsərrüfatı nazirlikləri arasında imzalanmış əməkdaşlıq memorandumu iki ölkənin aqrar sahədəki səmərəli əlaqələrinin daha da inkişafına yönəldilmişdir.

Məlum olduğu kimi, keçən ilin sonundan Polşanın paytaxtı Varşava şəhərində "Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. İki ölkə arasında əlverişli müqavilə hüquq bazası yaradılmışdır. İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması kimi sənədlər də daxil olmaqla 50-yə yaxın ikitərəfli sənəd imzalanmışdır. Hazırda Azərbaycanda sənaye, ticarət, xidmət və digər sahələrdə 20-dək Polşa şirkəti çalışır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi ondan əvvəlki illə müqayisədə 34 faiz artmış, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilmişdir.

Bütün bunlar iqtisadi sahədə daha fəal işləməyin mümkünlüyünü təsdiqləyir və bu, keçirilən görüşlərdə bir də qeyd edilmişdir. Prezident İlham Əliyev mətbuata bəyanatında demişdir: "Ticarət dövriyyəsi hələ ki o qədər də böyük deyil, halbuki potensial var. Bu gün biz bu barədə danışdıq və müəyyən etdik ki, növbəti mərhələdə biznes qurumlarının müntəzəm olaraq bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır. Bu gün keçiriləcək biznes forum, əlbəttə ki, buna nail olmaq üçün çox önəmli bir vasitədir. Bilirəm ki, forumun işinə həm Polşadan, həm Azərbaycandan çox böyük maraq var. Hesab edirəm ki, Polşa və Azərbaycan biznes dairələri bir-biri ilə sıx əlaqə quraraq həm özləri, həm də ölkələrimiz üçün fayda gətirə bilərlər”.

İkitərəfli görüşlər zamanı nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılmış, bunun üçün geniş imkanlar olduğu vurğulanmış və onlardan səmərəli istifadə etmək qarşıya məqsəd qoyulmuşdur.

Azərbaycan və Polşa arasında energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün də böyük potensial var. Təqdirəlayiq haldır ki, buna qarşılıqlı maraq göstərilir. Bu istiqamətdə müvafiq qurumlar, şirkətlər danışıqlarını davam etdirirlər.

Nəqliyyat sahəsində əməkdaşlıqdan bəhs edilərkən qeyd olunmuşdur ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkələrimiz üçün böyük önəm daşıyır. Belə ki, mövcud nəqliyyat və logistika imkanları yeni əlverişli vəziyyət yaradır. Azərbaycanın dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməsi ölkəmizin ərazisindən keçən yüklərin həcminin getdikcə artmasına imkan verir.

Polşanın dövlət başçısı bildirmişdir ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndələri olmalıdır: "Sizin ölkəniz artıq bir qovşağa çevrilməkdədir və istərdik ki, Polşa şirkətləri buraya gəlməklə, fəaliyyət göstərməklə bizim mübadilələrimizə böyük töhfə versinlər.

Biz Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik. Ümidvarıq ki, Polşa şirkətləri bu imkanlardan yararlanacaq”.

Danışıqlar çərçivəsində həmçinin multimodal daşımalar dəhlizləri haqqında fikir mübadiləsi aparılmışdır. Xəzər dənizi vasitəsilə Qafqaz ölkələrinə, İrana, Ukraynaya, Polşaya, Mərkəzi Asiyaya və Çinə çıxış imkanları müzakirə olunmuşdur.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın müsbət nəticələr verdiyi vurğulanmışdır. Bu səfər çərçivəsində imzalanmış anlaşma memorandumu əməkdaşlığın uğurla davam etdiyini təsdiqləyir. Azərbaycanın dövlət başçısı demişdir ki, Polşanın aqrar sahədəki təcrübəsi bizim üçün çox əhəmiyyətlidir. Ölkəmizin inkişafı, o cümlədən iş yerlərinin yaradılması üçün kənd təsərrüfatının böyük əhəmiyyəti var. Həmçinin bu sahədə əməkdaşlığın sürətləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilmişdir.

Azərbaycan və Polşa xalqları arasında əlaqələrin tarixi kökləri, vaxtilə Azərbaycanda məskunlaşmış polşalıların ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında fəal iştirak etməsi müasir dövrdə və gələcəkdə əməkdaşlığın daha da inkişafı üçün möhkəm təməldir. Azərbaycan Prezidenti aparılan danışıqların, əldə olunan razılaşmaların və imzalanan sənədlərin bu əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə inam ifadə etmişdir. Müasir Azərbaycanın Polşa tərəfindən regionda iqtisadi lider və Asiya ilə Avropanı birləşdirən körpünün qurulmasında əsas rol oynayan ölkə kimi qəbul edilməsi əməkdaşlığın və tərəfdaşlığın bundan sonra da genişlənəcəyinə inamı daha da artırır.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM