04 Iyun 2019 01:32
660
CƏMİYYƏT
A- A+

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün bayram tədbiri təşkil olunub


İyunun 3-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Gözəl bir gün” adlı bayram tədbiri keçirilib. Tədbir Yaradıcılıq Mərkəzi tərəfindən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) iştirakı ilə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova tədbir haqqında məlumat verib. O bildirib ki, bayram tədbiri xalq yazıçısı, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun eyni adlı hekayəsi ilə adlandırılıb. Uşaqlar bizim gələcəyimizdir. Onların bayramı hər kəsin bayramıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxış edərək deyib ki, uşaq siyasəti Azərbaycanın dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir. Ölkəmizdə uşaqların müxtəlif sahələrdə problemlərinin həlli ilə bağlı mühüm sənədlər qəbul olunub. Bu gün Azərbaycanda uşaqların inkişafı üçün bütün imkanlar yaradılıb. Böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşaması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.

Yaradıcılıq mərkəzinə AQUPDK tərəfindən diplom təqdim olunub.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov bildirib ki, uşaqların gələcəyi dövlətin əsas prioritetindən biridir. Ölkə rəhbərliyi bu məsələyə həssaslıqla yanaşır. Dövlət siyasətinin əsas istiqamətlərindən biri uşaqların təhsilinin, sağlamlığının, asudə vaxtının səmərəli keçirilməsinin təmin edilməsidir.

YARADAN Yaradıcılıq Birliyinin rəhbərləri Nigar Rzayeva və Vüsalə Rzayeva uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar. Onlar ölkəmizdə uşaqların təlim-tərbiyəsi və sağlam böyümələri istiqamətində görülən işlərdən danışıblar.

Tədbirdə "İstedArt” və "Yaradan uşaqlar” layihələrindən qırxdan çox uşaq iştirak edib.

Sonra uşaqlar istedadlı gənc rəssamlar, musiqiçilər, fotoqraflar və xoreoqrafların təşkil etdikləri ustad dərslərində, əyləncəli oyunlarda, musiqili yarışmalarda iştirak ediblər.

Uşaqlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr paylanılıb.

Qeyd edək ki, "Yaradan uşaqlar” YARADAN Yaradıcılıq Birliyinin 12 yaşdan 16 yaşa qədər, əlilliyi olan uşaqlar da daxil olmaqla, aztəminatlı ailələr, internatlar və sığınacaqlardakı uşaqların bacarıqlarının aşkar edilməsi, inkişafı və həyata keçirilməsi üçün şəraitin yaradılmasına yönəlmiş layihədir.

"İstedArt” isə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən inkişaf xüsusiyyətləri olan uşaqların və valideynləri olmayan uşaqların bacarıqlarının, yaradıcı tərəflərinin kəşf edilməsi məqsədilə həyata keçirilən layihədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video