Alternative content

23:26 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cocuq Mərcanlıda xeyriyyə aksiyası keçirilib
Cocuq Mərcanlıda xeyriyyə aksiyası keçirilib
ANA SƏHİFƏ / Səhiyyə
01:29 04.06.2019


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi "Uşaq ürəkləri Qarabağda döyünür!” devizi altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası və Horadiz şəhərində "Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər” mövzusunda elmi konfrans keçirib.

Tədbirdən öncə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini Şahlar Mirqasım, idarənin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov, Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları - ürək-damar cərrahı Bülent Polat, pediatrik kardioloq Yalım Yalçın və Füzuli və Cəbrayıl rayonlarının icra hakimiyyətinin başçıları 2016-cı il aprel döyüşlərində həlak olan qəhrəman əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoyublar.

Cocuq Mərcanlı qəsəbəsinə ezam olunmuş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalında Mərkəzi Gömrük Hospitalın peşəkar həkimləri və Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları Qarabağ bölgəsində yaşayan uşaqları tibbi müayinə ediblər. EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan uşaqlara tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəsmi nümayəndələri Cocuq Mərcanlıda yerləşən tibb məntəqəsini ziyarət edib, məntəqəyə kondisioner və bəzi tibbi ləvazimatlar hədiyyə ediblər. İyunun 1-də qəsəbənin bütün uşaqları müayinə olunublar. Füzuli rayonu Horadiz şəhərində isə "Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər” adlı beynəlxalq pediatrik elmi konfrans keçirilib. Milli Məclis deputatları, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və onun tərəfdaşları olan Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və İstanbul Bilim Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda uşaq xəstəliklərinin müalicəsində ölkəmizdə və dünyada qazanılmış son tibbi nailiyyətlər haqqında region həkimlərinə geniş məlumat verilib.

Türkiyədən gələn professorlar Bülent Polat və Yalım Yalçın, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov, ADHTİ Şüa Diaqnostikası kafedrasının fetal təbabət üzrə mütəxəssisi Azər Fərəc, Mərkəzi Gömrük Hospitalın uzman pediatrı Telman Aytayev və Mərkəzi Gömrük Hospitalın uzman uşaq cərrahı Vüsal Cəfərov məruzələrlə çıxış ediblər.

Çıxışlarda uşaq ürək cərrahiyyəsinin bugünü, anadangəlmə ürək qüsurları, fetal təbabət, prenatal diaqnostikada yeniliklər, uşaq cərrahiyyəsində təcili vəziyyətlər və s. bu kimi məsələlərə toxunulmuş, müasir tibbin ən qabaqcıl yeniliklərindən danışılmışdır.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM