Alternative content

16:44 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans
Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans
ANA SƏHİFƏ / Təhsil
01:28 04.06.2019


"Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinin neçə-neçə nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir”.

Heydər ƏLİYEV


Azərbaycan Xalq Cümhuriyyətinin ilk günlərində Firidun bəy Köçərlinin təşəbbüsü ilə Qori Müəllimlər Seminariyasının Qazaxa köçürülməsi müstəqil dövlətimiz üçün müəllim kadrları hazırlayan ilk təhsil ocağının fəaliyyətə başlaması kimi tarixi hadisə oldu. Bu seminariya öz təhsil və təlim modelinə görə Azərbaycana Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Firidun bəy Köçərli kimi şəxsiyyətlər bəxş etmiş Qori Seminariyasının varisi idi. Və bu varisliyi Qazax Seminariyası layiqincə doğrultdu. Bu təhsil məbədi sonralar Azərbaycana Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi görkəmli dövlət, elm, maarif və incəsənət xadimləri bəxş etdi.

Ədəbiyyatşünas alim, maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində, mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verdi. Həmin vaxtdan 100 il keçsə də, seminariyanın gördüyü işlərə bu gün də yüksək dəyər verilir. Azərbaycan Prezidenti İlham Əliyevin 3 noyabr 2018-ci il tarixli sərəncamı ilə Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi məhz bu dəyərin məntiqi nəticəsidir. Artıq xeyli vaxtdır ki, sərəncamın icrası ilə bağlı Qazax rayonunda müxtəlif tədbirlərin keçirilməsinə start verilmişdir. Bu günlərdə isə Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun, Bakı Dövlət Universiteti Qazax filialının birgə təşkilatçılığı ilə "Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş konfransda Bakı, Gəncə, Şəki, Mingəçevir şəhərləri ilə yanaşı, Türkiyə, Bolqarıstan, Ukrayna və Gürcüstandan da alimlər iştirak edirdilər. Konfransda 60-dan artıq məruzə dinlənilmişdir.

Konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan təhsilində əhəmiyyətli yer tutan seminariyanın 100 illik yubileyi münasibətilə keçirilən beynəlxalq elmi-praktik konfransa qatıldıqları üçün bütün iştirakçılara minnətdarlığını bildirmiş və onlara uğurlar arzulamışdır. O qeyd etmişdir ki, Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocağı yaranmış və inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Prezident İlham Əliyev respublikada mədəniyyətin və təhsilin inkişafına hər zaman xüsusi önəm verərək görkəmli şəxsiyyətlər yetişdirmiş Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən artıq xeyli vaxtdır ki, rayonda silsilə tədbirlər keçirilir və bu gün "Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfrans da həmin silsilə tədbirlərin davamıdır.

Bakı Dövlət Universiteti Qazax filialının direktoru Arif Rüstəmov təhsil sahəsinə verdiyi yüksək qiymətə görə ölkə rəhbəri İlham Əliyevə, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya qazaxlı ziyalılar adından minnətdarlığını bildirmiş, ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində görülən işlərdən söz açmışdır.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov yubileyin keçirilməsini Azərbaycanda mədəni dəyərlərə göstərilən dövlət qayğısının təzahürü kimi qiymətləndirmişdir.

Bakı Dövlət Universiteti Qazax filialının müəllimi Hüseyn Xəlilov "BDU-nun Qazax filialı Qazax Müəllimlər Seminariyasının varisliyi yolunda”, Gəncə Dövlət Universitetinin professoru, əməkdar elm xadimi Xəlil Yusifli "Firidun bəy Köçərli irsi”, AMEA-nın Folklor İnstitutunun müəllimi Cəlal Qasımov "Qori Seminariyasının repressiyaya məruz qalmış məzunları” mövzularında məruzələr etmişlər. Konfransda Türkiyənin Ərdahan Universitetinin müəllimi Ərdoğan Altunkaynakın, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin müəllimi Mahmud Kamaloğlunun və başqalarının çıxışları da maraqla dinlənilmişdir.

Beynəlxalq elmi praktik konfrans bölmə iclaslarında öz işini davam etdirmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM