Alternative content

20:23 21 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Bakı Madridə meydan oxudu”
“Bakı Madridə meydan oxudu”
ANA SƏHİFƏ / İDMAN
01:23 04.06.2019


Bunu dünya futbol ictimaiyyəti deyir


Dünya ictimaiyyətinin qəlbini möhtəşəm idman tədbirlərinə ən yüksək səviyyədə evsahibliyilə fəth etməyi bacaran Azərbaycan hazırda bu sahədə beynəlxalq arenada ən güclü rəqib ölkələrdən biri adını daşımaqdadır. UEFA Avropa Liqasının və Çempionlar Liqasının final oyunları ilə bağlı Bakı və Madriddə baş tutan görüşlər futbolun vətəni sayılan Avropaya və bütün dünyaya indi çox fərqli reallıqları göstərməkdədir.

Bunlar ondan ibarətdir ki, Azərbaycan yüz milyonlarla insanı özünə ecazkar surətdə bağlayan futbol kimi kütləvi oyunların təşkilində çoxdan liderlərlə eyni cərgədə addımlaya bilir və bir çox hallarda onları geridə qoymağı da bacarır. Özü də bunu biz yox, Bakı və Madriddə final matçlarını izləyən on minlərlə azarkeş, idman mütəxəssisləri deyir.


"Madrid əsl cəhənnəm oldu”


Dünyanın futbol ictimaiyyəti açıq bəyan edir ki, Bakı final qarşılaşmasının təşkili baxımından nəinki Madridə meydan oxudu, hətta onu böyük fərqlə keçə bildi. Məsələn, İngiltərənin ən məşhur futbol ekspertlərindən biri Brayan Uirli "BBC”-yə verdiyi açıqlamasında deyib: "Bakı uzaq olsa da, oradakı matçın təşkili əla idi. Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş rahat. Madrid əsl cəhənnəm oldu. Çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matçdır. Mən və İngiltərədən "Çelsi”-”Arsenal” matçını seyr etmək üçün Bakıya getmiş on minlərlə fanat qarşılaşmaya evsahibliyi edən Azərbaycanın paytaxtındakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan, təhlükəsizliyin təminatından vəcdə gəldik”.

Nəzərə almaq lazımdır ki, Bakıda UEFA Avropa Liqasının final qarşılaşması keçirilməmişdən əvvəl ona qarşı ən çirkin şəkildə kampaniya aparıldı. Amma bunlara rəğmən Azərbaycan həmin finala uğurla evsahibliyi etdi. Bakı Olimpiya Stadionunda keçirilən Londonun "Çelsi” və "Arsenal” komandaları arasındakı maraqlı final oyunu bütün dünyanın diqqətini ölkəmizə yönəltdi. Uğurla keçən qarşılaşmadan sonra dünya bir daha Azərbaycanın bu və digər belə oyunlara layiqincə evsahibliyi edə biləcəyinə şahidlik etdi.

Özü də budəfəki oyun bəzi parametrlər baxımından mühüm yeniliklərlə də yadda qaldı. Məsələn, Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət sistemindən istifadə olundu. Bu mənada iki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşması həm də futbol tarixində vacib yeniliklərlə yaddaşlara həkk oldu. Nəticələr UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərarının tam düzgün olduğunu, eyni zamanda, son illər sürətlə inkişaf edən Azərbaycan idmanının qazandığı növbəti uğurunu bir daha göstərdi.


"Bakı Çempionlar Liqasının finalını qəbul etməyə layiq idi”


Bütün bunlardan sonra Madriddə UEFA Çempionlar Liqasının final oyunu isə Bakının möhtəşəm uğurunun dünyanın gözü qarşısında daha bir təsdiqi oldu. Məsələ ilə bağlı milyonların mövqeyi bir daha təsdiq etdi ki, Azərbaycan bu sahədə çoxları üçün nümunə rolunu oynaya bilər.

Bu xüsusda bir maraqlı məqamı da qeyd edək ki, "Twitter” istifadəçiləri "Liverpul”un 2:0 hesabı ilə "Tottenhem”i məğlub etdiyi matçı Bakıda "Çelsi”nin "Arsenal”ı darmadağın etdiyi Avropa Liqasının finalı ilə müqayisə ediblər. Müqayisə heç də Madridin xeyrinə olmayıb. Məsələn, "Eurosport”un müxbiri Siyavuş Fallahi hesab edir ki, Bakıdakı stadion Avropa Liqasının finalındansa Çempionlar Liqasının finalını qəbul etməyə layiq idi.


"Baku> Madrid”


"Men in Blazers” nəşri də "Twitter”də yazır ki, Bakı hər cəhətdən Madriddən üstün idi. Müxbir Ronan Merfi qeyd edib ki, Bakıdakı oyun Madriddəkindən daha yaxşı idi: "Bakı haqqında nə istəsəniz danışa bilərsiniz, lakin o, qat-qat üstün futbol oyunu nümayiş etdirdi, nəinki Madridin dəhşətli isti havası”.

İstifadəçilərin əksəriyyəti iki final haqqında fikirlərini qısa "twit”lə ifadə edib - "Baku> Madrid”. Yəni, Bakıdakı final Madriddəkindən üstündür. Bəzi istifadəçilər isə ispan polisinin davranışından narazılıq edib: "Bu biabırçılıqdır. Bakıda polis özünü Madriddəki polisdən yaxşı aparır və bu, hər şey deməkdir. Nə vaxt İspaniyaya gələn fanatlara normal münasibət bəsləniləcək?”

Aparıcı media orqanlarının bir çoxu da Madriddəki oyunun təşkilatçılığında problemlərin mövcudluğunu qeyd edir. "BBC” tanınmış radio şərhçisi Uayn Evansın timsalında bildirir ki, bəzi azarkeşlər onlayn əldə etdikləri biletləri ala bilməyiblər. Həmin biletlər sadəcə daha çox pul təklif edən şəxslərə satılıb.

"BBC” yazır ki, şərhçisi iki biletə 7 min funt-sterlinq ödəyib: "Biletləri onlayn aldıq, pulunu ödədik, lakin daha sonra artıq biletlərin mövcud olmadığını dedilər. 14 yaşlı oğlum çaşqınlıq içində idi. Mən pulu ödədikdən sonra agentlik sifarişi yerinə yetirə bilmədiyini söylədi. Onlar mənim aldığım bileti daha baha qiymətə satmaq imkanı yarandığı üçün başqasına satdılar”.


"Liverpul”un sahibi tıxac ucbatından stadiona piyada getməli olub


"Irish Mirror” nəşri isə logistik problemləri qabardıb. Qeyd olunur ki, Madriddə keçirilən Çempionlar Liqasının final matçını izləməyə gəlmiş ingilis fanat qeyri-etik hərəkətlər, italyan turistə həqarət və polisə hücum ittihamı ilə həbs olunub. Ondan başqa, daha 5 ingilis fanatı həbs edilib.

"Tottenhem” klubunun azarkeşləri iddia edirlər ki, qarşıdurma ispan polisinin pabda 50-dək ingilis fanatına qarşı zorakılıq tətbiqinə cavab olaraq baş verib. Bildirilir ki, polis paba daxil olaraq "heç bir səbəb olmadan” ingilis azarkeşləri döyməyə başlayıb.

Nəşr onu da yazır ki, "Liverpul”un sahibi ciddi tıxac ucbatından stadiona piyada getməli olub. Belə ki, klubun prezidenti Con Henri və komandanın əfsanələri Kenni Dalqlişlə İan Raş dəhşətli tıxaca görə avtomobillərini tərk edərək finalın keçirildiyi stadiona piyada getməli olublar.

Qəzetin məlumatına görə, stadiona gedən yollardakı dəhşətli tıxaca görə əsas avtomagistrallarda hərəkət dayanıb. Avtomobili tərk edən "üçlük” "Liverpul” azarkeşlərinə qoşularaq qalan yolu piyada qət etmək məcburiyyətində qalıb.


Aeroportda gecikmələr, minlərlə biletsiz azarkeşlər


"RİA Novosti” agentliyi final keçirilən günlərdə hotellərdə qiymətlərin üç dəfə bahalaşdığını, "TalkSport” nəşri isə bəzi azarkeşlərin gecikmələrə görə aeroportda saatlarla gözləməli olduğunu önə çəkib.

İspaniyanın nüfuzlu "El Mundo” qəzeti yazır ki, qeyri-etik hərəkətlər edən və italiyalı turisti yaralayan ingiliz azarkeş saxlanılarkən 3 polis əməkdaşına xəsarət yetirib. Məqalədə deyilir ki, polis hadisə yerinə mümkün iğtişaşların qarşısını almaq və saxta bilet satışına imkan verməmək üçün gətirilmişdi. Çünki Madridin küçələri oyuna gələn minlərlə biletsiz azarkeşlə dolu olub. Bir müddət əvvəl şəhərdə saxta bilet satmaq istəyən bir qrup italyan həbs edilib.

Bu qəbildən olan misalların sayını artırmaq da olar. Bütün bunların arxasında dayanan başlıca məqam budur ki, Bakıda Avroliqanın və Madriddə Çempionlar Liqasının final oyunlarının təşkili məsələsində Azərbaycan İspaniyanı çox geridə qoya bildi. Baş verənlər Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən ingilis mediasının özünün də ifşa olunmasında az rol oynamadı.

Xatırladaq ki, İngiltərə mətbuatı Bakıda "Çelsi” və "Arsenal” komandalarının final oyunundan öncə bəzi əsassız məlumat yaymış, Bakının uzaq olmasını, komandalara biletlərin az verilməsi və digər mətləbdənkənar məsələləri bəhanə gətirərək finala kölgə salmağa çalışmışdılar. Lakin bunların heç biri doğru çıxmadı. Fərq isə bu oldu ki, Bakıdakı finalda Madriddə yaşananların heç biri baş vermədi, ingilislər ölkədə döyülmədi, onların istirahətinə mane olunmadı. İngilis azarkeşlərin təhlükəsizliyi üçün bütün tədbirlər görüldü.

Bununla Azərbaycan real işdə ona qarşı ittihamların əsassız olduğunu sübuta yetirdi. Madriddə keçirilən final oyunu ilə bağlı müqayisələr isə Bakının bu sahədə Avropanın bir çox ölkələrini geridə qoyduğunu nümayiş etdirdi.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM