03 Iyun 2019 14:44
529
CƏMİYYƏT
A- A+

AHİK-də Ramazan bayramı ilə əlaqədar yardımlar paylanılıb


Hər il olduğu kimi, bu il də müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) aztəminatlı ailələrlə, müharibə və əmək əlilləri ilə görüş keçirilib.

Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin Qarabağ müharibəsi iştirakçılarına, şəhid olmuş insanların ailə üzvlərinə, əlillərə, eləcə də aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Onların problemlərini, iş, məişət qayğılarını daim diqqətdə saxlayan Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bundan sonra da aztəminatlı ailələrin, müharibə iştirakçılarının və əlillərinin, istehsalat prosesində xəsarət almış insanların həyat şəraitinin, güzəranlarının daha da yaxşılaşdırılması üçün hər şeyi edəcəklərini iştirakçılara bildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının cəmiyyətimizin həssas təbəqələrinə gündəlik qayğısından söhbət açan AHİK sədri həmişə olduğu kimi, bundan sonra da onların heç bir problemini diqqətdən kənarda qoymayacaqlarını vurğulayıb.

S.Möhbalıyev iştirakçıların ayrı-ayrılıqda hər birinin ehtiyacı olduqları məsələlər haqqında fikirlərini dinləyib və həllinə kömək ediləcəyini bildirib.

Sonda iştirakçıların hər birinə maddi yardımlar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video