03 Iyun 2019 12:40
482
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edib. Onlardan 49 nəfəri Qarabağ müharibəsi əlili, 1 nəfəri 20 Yanvar əlilidir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində cari ildə də əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.

O, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət başçısının fəaliyyətində prioritet istiqamətlərdən olduğunu qeyd edib. Nazir müavini bildirib ki, bu ilin ötən dövründə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb. Müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü - 50 manat təsis edilib.

Şəhid ailələrinin birdəfəlik ödəmə - 11 min manat ilə təminatı proqramının artıq 80 faiz icra olunduğunu deyən V.Nəsirli şəhid ailələrinin və müharibə əlillərinin digər sahələrdə də dövlətin qayğısı ilə əhatə olunduqlarını vurğulayıb. O qeyd edib ki, ötən il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil təqdim edilib. Bu vaxtadək isə həmin vətəndaşlara 6654 mənzil verilib. Bu il həmin kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin verilməsi nəzərdə tutulub.

Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il 18 mart tarixli Sərəncamına əsasən ayrılan vəsait cari ildə əlavə olaraq 400-dən artıq avtomobil alınmasına və nəticədə bu il nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan 50 ədədi mayın 28-də, daha 50 avtomobil isə bu gün olmaqla ümumilikdə 100 avtomobil təqdim olunub. Bununla da indiyədək 6250-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.

V.Nəsirli müharibə əlillərinin reabilitasiya imkanlarının da ildən-ilə artırıldığını deyib. O, nazirliyin həm Bakıda, həm də bölgələrdəki bir sıra reabilitasiya müəssisələrində ən müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradılması işlərinin aparıldığını, digər tərəfdən, cari ildə yeni bərpa müəssisələrinin inşasına başlanacağını diqqətə çatdırıb.

Qeyd edilib ki, şəhid ailələri və müharibə əlilləri üçün icra olunan bütün sosial proqramlar, eyni zamanda, 20 Yanvar şəhidlərinin ailələrini və əlillərini də əhatə edir.

Nazirlik yanında İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri Azərbaycanda dayanıqlı xarakter alan inkişaf proseslərinin sosialyönümlü olduğunu, Prezident İlham Əliyevin siyasətinin vətəndaş rifahının təminatı prinsipinə əsaslandığını vurğulayıblar. Onlar aparılan bu siyasətə uyğun olaraq iqtisadi islahatların uğurlu nəticələrinin məhz əhalinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas qrupların, şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsinə yönəldildiyini vurğulayıblar.

Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin sosial cəhətdən həssas qruplara, şəhid ailələrinə, müharibə və 20 Yanvar əlillərinə xüsusi qayğısından razılıq hissi ilə bəhs edərək bu gün onlara yeni avtomobillərin verilməsinə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video