02 Iyun 2019 16:47
578
CƏMİYYƏT
A- A+

Bakıdakı uşaq evlərinin sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvaya gəliblər


Bakının Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərinin bir qrup sakini Rusiya Uşaq Fondunun 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi bayram tədbirlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə iştirak edir.

AZƏRTAC xəbər verir ki, iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününün təsis edilməsindən 70 il ötür. Rusiya Uşaq Fondu bu münasibətlə ölkənin müxtəlif regionlarından, eləcə də xarici ölkələrdən 10 min uşağı Moskvaya dəvət edib. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərinin sakinləri Rusiya paytaxtının qonağıdırlar. Bir neçə gün ərzində uşaqlar Moskvanın məşhur teatrlarının onlar üçün hazırladığı tamaşalara baxacaq, Kremldə, muzeylərdə, heyvanxanada olacaqlar.

Bayram proqramının təntənəli açılış mərasimi isə Rusiya Böyük Teatrında keçirilib. Uşaqlar teatrlaşdırılmış konsert proqramına tamaşa ediblər. Tamaşadan əvvəl Rusiya Uşaq Fondunun rəhbəri Albert Lixanov Prezident Vladimir Putinin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.

Rusiya Təhsil Akademiyasının akademiki, Rusiya Uşaq Fondunun və Uşaq Fondları Beynəlxalq Assosiasiyasının prezidenti Albert Lixanov AZƏRTAC-ın müxbirinə müsahibəsində Heydər Əliyev Fondunun uşaqların müdafiəsi sahəsində Azərbaycanda həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıb. Heydər Əliyev Fondunun Azərbaycanda kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğısı barədə çox eşitdiyini vurğulayan Albert Lixanov deyib: "Bilirəm ki, Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər əldə edib. Ölkənizdə hər şey insanların rifahı, firavanlığı naminə edilir. Uşaqlara, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan uşaqlara Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın səyləri sayəsində böyük diqqət ayrılır. Zənnimcə, bu, çox vacibdir”.

Nizami rayonundakı 1 saylı uşaq evinin nümayəndəsi Rövşən Məmmədov uşaqların Moskvada keçirilən maraqlı bayram proqramında iştirak etməsi üçün yaradılan şəraitə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O qeyd edib ki, uşaq evinin sakinləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tez-tez dünyanın bir çox ölkələrinə səfərlər edirlər. Uşaq evində tərbiyə alan balacalar bu günlərdə Türkiyədə keçirilmiş beynəlxalq festivalın və Rusiyanın Volqoqrad şəhərində təşkil edilən tədbirlərin də iştirakçısı olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video