02 Iyun 2019 16:37
969
İDMAN
A- A+

“Liverpul” tarixində altıncı dəfə UEFA Çempionlar Liqasının qalibi olub


İyunun 1-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Madriddəki "Vanda Metropolitano” stadionunda iki ingilis klubu – "Tottenhem” və "Liverpul” qarşılaşıblar.

Sloveniyalı baş hakim Domir Skominanın idarə etdiyi oyunda hesab erkən açılıb. Matçın 2-ci dəqiqəsində "Liverpul”un futbolçusu Sadio Manenin ötürməsindən sonra top "Tottenhem”in cərimə meydançasında müdafiəçi Musa Sissokonun əlinə dəyib. Hakim "Tottenhem”in qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Zərbəni dəqiq yerinə yetirən Məhəmməd Salah hesabı açıb - 1:0. Birinci hissənin qalan dəqiqələrində hesab dəyişməyib və "Liverpul” fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşün ikinci hissəsi də qarşılıqlı hücumlarla yadda qalıb. Hesabda geridə olan "Tottenhem” sürətli əks-hücumlarla rəqibin müdafiə xəttini yarmağa çalışsa da, növbəti qolu matçın sonunda rəqib komanda vurub. Qarşılaşmanın 87-ci dəqiqəsində Divok Origi "Liverpul”un ikinci topunu rəqib qapısından keçirərək görüşdə son nöqtəni qoyub – 2:0.

Beləliklə, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasında "Tottenhem”i 2:0 hesabı ilə məğlub edən "Liverpul” tarixində altıncı dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.

Final matçından sonra qaliblər mükafatlandırılıb.

Xatırladaq ki, "Liverpul” 1977-ci, 1978-ci, 1981-ci, 1984-cü və 2005-ci illərdə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. Komanda ümumilikdə üç dəfə bu turnirin finalında məğlub olub. "Liverpul” ötən mövsüm turnirin finalında "Real Madrid”ə 1:3 hesabı ilə uduzub. "Mersisaydlılar” sonuncu çempionluğu 2005-ci ildə İstanbulda "Milan”ı əsas vaxtı 3:3 hesabı ilə başa çatan qarşılaşmada 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək çempion olub.

Komanda, həmçinin üç dəfə (1973, 1976, 2001) UEFA Kubokunu, üç dəfə isə UEFA Super Kubokunu (1977, 2001, 2005) başı üzərinə qaldırıb.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video